Maraq dünyası
Fantastika reallığa çevrildi: İnsanlar motosikletlə uça biləcəklər - FOTO
"LEO Flight" pilot lisenziyası tələb etməyən “LEO Solo” adlı şəxsi uçan aparatlar üçün ilkin sifarişlərin qəbuluna başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Techkult” məlumat yayıb.
Yeni qurğu 2x2 metr ölçülü platforma üzərində hər küncdə 12 ədəd olmaqla yerləşdirilmiş ümumilikdə 48 elektrik rotorundan ibarətdir.
"LEO Solo" 10-15 dəqiqəlik uçuş müddətində 100 km/saat sürətə çata bilir və aşağı hündürlükdə uçuş üçün nəzərdə tutulub. Səs gücü isə təxminən 80 desibeldir ki, bu da güclü tozsoran səviyyəsinə bərabərdir.
Nəşrin məlumatına görə, layihənin əsasını ev şəraitində enerji doldurmaq imkanına malik bərk cisimli akkumulyator texnologiyası təşkil edir. Hələ kommersiya istifadəsinə hazır olmayan bu tip akkumulyatorları əksər avtomobil istehsalçıları yalnız 2027-ci ilə qədər bazara çıxarmağı planlaşdırır. Buna baxmayaraq, komanda mövcud prototiplərlə stabil uçuşların mümkünlüyünü təsdiqləyən ilk pilotlu sınaqları artıq keçirib.
Cihaz uçan maşınlar sahəsindəki təcrübəsi ilə tanınan həvəskar ixtiraçı Pit Bitar tərəfindən hazırlanıb. Keçmiş "Mazda" dizayneri Karlos Salaff da onunla birlikdə "LEO Solo" üzərində çalışır.
Uçan motosikletin kütləvi istehsalına 2025-ci ilin sonunda başlanması planlaşdırılır. Lakin çatdırılma tarixi və pərakəndə satış qiyməti hələ açıqlanmayıb. İlkin sifariş üçün müştərilər 999 dollar geri qaytarıla bilən depozit ödəməlidirlər.
Adəm


-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
































