Maraq dünyası
İkona döyüşdə əsgərin həyatını necə xilas etdi?
Ukraynada davam edən şiddətli döyüşlər maraqlı hadisələrlə də yadda qalır.
Publika.az TASS-a istinadən xəbər verir ki, müqəddəslərdən birinin ikonası döyüşçülərdən birinin həyatını xilas edib. Söhbət "Dnepr" Döyüş Qüvvələri Qrupunun 11-ci əlahiddə Hava-Desant Hücum Briqadasında xidmət edən əsgərdən gedir. Briqada komandirinin dini məsələlər üzrə köməkçisi Maksim adlı keşiş sayta açıqlamasında deyib ki, ikona qəlpələrin ürəyinə girməsinin qarşısını alıb.
"Bu yaxınlarda uşaqlar mənə içərisində qəlpə parçası olan sadə, laminasiya olunmuş ikona göstərdilər. İkona hələ də onun(əsgərin-red.) üzərində idi",-keşiş qeyd edib.
Din xadiminin sözlərinə görə, ikona desantçının ürək nahiyəsinə yaxın yerdə cibində olub. Qəlpələrdən biri əsgərə dəyib və laminasiya olunmuş qalın kağızdan ibarət ikonaya ilişərək surətini azaldıb:
"Qəlpə əslində əsgərin bədənini deşib ürəyinə keçməli idi. Lakin müqəddəs Fyodor Uşakovun təsviri olan ikonadan o yana keçməyib".
Keşiş onu da qeyd edib ki, əsgərlər tez-tez müqəddəslərin şəkillərini əks etdirən şevronlar da taxırlar.
Tural
-
Region17:02İrəvan-Moskva xəttində böhran: Ermənistan Rusiya ilə əlaqələri “təftiş” edir
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır



















.jpg.webp)





.webp)










.jpg)


