Maraq dünyası
Antarktida sularında qorxulu varlıq: "Ölüm topu" aşkarlandı - FOTO
Alimlər Antarktida sularında beynəlxalq ekspedisiya zamanı yeni, qeyri-adi dərəcədə səmərəli dərin dəniz yırtıcısı növü aşkar ediblər.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.
Məlumata görə, nümunə Monteqyu adasının 3600 metrdən çox dərinliyindəki sualtı "SuBastian" cihazı tərəfindən tapılıb və tədqiqatçılar ona "ölüm topu" ləqəbi veriblər.
Nazik saplaqlar üzərində şəffaf qabarcıqlar dəstəsinə bənzəyən kövrək "Chondrocladia" cinsinə aid olan bu süngər aktiv ovçudur. Səthi tor kimi fəaliyyət göstərən mikroskopik qarmağabənzər strukturlarla örtülüb. Kiçik xərçəngkimilər üzdükdə bu qarmaqlara dolaşırlar. Ov "tora düşdükdən" sonra süngər onu yavaş-yavaş həzm etməyə başlayır və qida maddələrini birbaşa hüceyrələrindən sorur. Passiv filtr qidalanması və aktiv yırtıcılığı birləşdirən bu unikal qidalanma metodu onu daha qorxulu bir varlığa çevirir.
Bu kəşf bir daha dünya okeanlarının dərinliklərindəki həyat haqqında nə qədər az məlumatın olduğunu nümayiş etdirir. "Ölüm topu"ndan əlavə, ekspedisiya əvvəllər məlum olmayan digər növləri də aşkar edib: göy qurşağı rəngli dərili çoxqıllı qurdlar, yeni xərçəngkimilər və dəniz ulduzları.
Bu kəşflər Antarktidanın biomüxtəlifliyini bir daha sübut edir.
Adəm

-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
















.jpg)




















