Maraq dünyası
Gənc qadınla evlənən 87 yaşlı məşhurun oğlu oldu: Əvvəlki övladları ilə... - FOTO
Məşhur çinli rəssam Fan Zenq 87 yaşında ata olub və böyük övladları ilə əlaqələrini kəsib.
Publika.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.
Ənənəvi Çin rəssamlığı ustası, əsərləri ilə ümumilikdə dörd milyard yuandan (təxminən 962 milyon 980 min 800 manat) çox qazanc əldə etdiyini açıqlayıb. Uşağın anası, 37 yaşlı Xu Menq, ərindən 50 yaş kiçikdir. Rəssam elanında yeni doğulan körpənin onun "yeganə bioloji uşağı" olduğunu vurğulayıb.
Sənətçi oğlu doğulandan sonra ailə işlərinə tam nəzarəti gənc həyat yoldaşına təhvil verib və əvvəlki evliliklərindən olan uşaqları ilə əlaqələrini kəsib.
"Bundan sonra bütün daxili və xarici ailə işlərinin idarə olunmasını sevimli həyat yoldaşım Xu Menqə həvalə etdim. Başqalarının müdaxilə etmək hüququ yoxdur", - Fan Zenq bəyan edib.
Qeyd edək ki, bundan əvvəl rəssamın qızı Fan Xiaohui ögey anasını atasının əsərlərini gizlincə satmaqda ittiham etmiş və bu prosesdən iki milyard yuan (təxminən 549 milyon 68 min manat) qazandığını bildirimişdi. Rəssamın sözçüsü onun iddialarını təkzib etmişdi.
Xatırladaq ki, cütlük 2024-cü ilin aprel ayında evlənib. Xu Menq radio aparıcısı kimi sənətçidən müsahibə alarkən tanış olublar. Daha sonra xanım onun köməkçisi olub.
Adəm




-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

















.jpg)





.webp)












.jpg)


