Maraq dünyası
O dünyadan "qayıdan" qadın elə şeylər görüb ki... - Müharibələr, aclıq
Ölüm ayağında olan kanadalı qadın mərhum qohumları və gələcəklə bağlı qeyri-adi görüntülər görüb.
Publika.az xəbər verir ki, bu barədə "Daily Star" qəzeti məlumat yayıb.
Vankuverdən olan Xizer Mey qan laxtalanmasından əziyyət çəkərək xəstəxanaya yerləşdirilib. O deyir ki, xəstəxanaya gedərkən təcili yardım maşınında huşunu itirib.
"Bunu uçurum və ya boşluq adlandıra bilərsiniz, çünki onu necə təsvir edəcəyimi bilmirəm. Amma tam qaranlığa baxmayaraq, çox rahat idi", - deyə o xatırlayıb.
Mey əlavə edib ki, bu qaranlıq məkan tamamilə ölçüsüz idi və mən sanki göldə üzürdüm, özümü tamamilə tənha hiss edirdim, sonra kiçik bir işıq nöqtəsi gördüm və məni qaldırıb tunelə apardılar.
Meyin sözlərinə görə, bu zaman onun qarşısına təxminən yüz nəfər çıxıb və hamısı da onun mərhum qohumları olub. Orada gələcəyin dəhşətli görüntülərini görüb. "Vətəndaş müharibələri... aclıq...", qadın "o dünyada" gördüklərini belə təsvir edib.
Mey əlavə edib ki, orada gördüyü insanlar bərabərlik üçün mübarizə aparırdılar.
Sonra özünə gələn Mey deyib ki, insanlar müxtəlif mədəniyyətlər arasındakı münaqişələrə son qoymalı və ortaq bir məqsədə can atmalıdırlar.
Adəm
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?




































