Maraq dünyası
İnternetdə 15 il kişi adı ilə 100-ə yaxın qadını aldatdı - FOTO
Böyük Britaniyada maraqlı hadisə baş verib.
Publika.az "Daily Star"a istinadən xəbər verir ki, britaniyalı Adel Renni adlı qadın internetdə özünü kişi kimi təqdim edərək 15 il ərzində qadınları aldadıb. Onun əməllərinin 100-ə qədər qurbanı olub.
Nəşrin məlumatına görə, Renni özünü qadınlara Dr. Devid Qrem kimi təqdim etməklə yanaşı, səs dəyişdirmə proqramından istifadə edərək qadınlarla aktiv şəkildə yazışıb. Bəzi qadınlar hətta onun süni şəkildə yaratdığı personaya aşiq olduqlarını etiraf ediblər. Qurbanların şübhələri yalnız "həkim"in dəfələrlə şəxsən görüşməkdən imtina etməsindən sonra yaranıb. Devidin pərəstişkarları olan bu qadınlar sonda qapalı qrup yaradıblar və öz araşdırmalarına başlayıblar. Nəhayət, onlar saxta adın arxasında Adel Renni adlı birinin dayandığını aşkar ediblər.
Məhkəmə 2025-ci ilin aprel ayında Rennini həbsxanaya göndərib. Bu onun dördünc məhkumluğu olub. Qadın ona tətbiq olunmuş qadağanı pozaraq azadlığa çıxdıqdan cəmi 11 gün sonra zərərçəkmişlərdən birinə məktub yazıbmış.
O, 2024-cü ilin sentyabr ayında təqib cinayəti də daxil olmaqla dörd maddə üzrə təqsirli bilinərək iki il dörd ay müddətinə azadlıqdan məhrum edilib. Renni artıq 2017 və 2019-cu illərdə də oxşar cinayətlərə görə cəza çəkibmiş.
Tural
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi
-
İdman07:15Məşhur futbolçunun qəribə istəkləri: Bu qadına pul ödəyib ki… - Video
-
MDB06:46Rusiyada yanacaq qıtlığı: Bu yola da əl atdılar...
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama







































