Maraq dünyası
Ağcaqanadlar bizdən qisas alırmış: İnsan qanını buna görə "sevirlər"
İnsan fəaliyyəti təbiəti sıxışdırdıqca, ağcaqanadlar qidalanma vərdişlərini dəyişərək insanlara yönəlib.
Publika.az xəbər verir ki, “Frontiers in Ecology and Evolution” jurnalında dərc olunan araşdırmaya əsasən, Rio-de-Janeyro ştatındakı iki qoruqda tutulan ağcaqanadların qan nümunələri DNT analizi ilə araşdırılıb.
Nəticələrə əsasən, 52 növü təmsil edən 1714 ağcaqanaddan 145 dişinin qanla qidalandığı aşkarlanıb. Onlardan 24-nün qəbul etdiyi qan analiz edilib. Məlum olub ki, bu qanın 18-i insana, biri qurbağaya, altısı quşa, biri itə, biri isə siçana məxsusdur.
Tədqiqatçılar ağcaqanadların insan qanına üstünlük verməsinə müxtəlif ekoloji və bioloji amillərin təsir göstərə biləcəyini bildiriblər.
Qeyd olunub ki, Atlantik meşələrinin ağacların qırılması nəticəsində sürətlə kiçilməsi və insanların meşəlik ərazilərə doğru irəliləməsi bir çox bitki və heyvan növünün yox olmasına səbəb olub. Bu proses isə ağcaqanadların vərdişlərini və yaşayış mühitlərini dəyişərək insanlara daha yaxın ərazilərə köçməsinə gətirib çıxarıb.
Adəm
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?



































