Maraq dünyası
Əməliyyatdan sonra yad dildə danışdı - FOTO
ABŞ-ın Yuta ştatından olan 33 yaşlı Stiven Çeys əməliyyatdan oyandıqdan sonra qəfil tibb işçiləri ilə ispan dilində danışıb.
Publika.az xəbər verir ki, bu barədə "Dangerous Minds" yazıb.
Bildirilir ki, Çeys əməliyyatdan təxminən bir saat sonra ispanca sərbəst ünsiyyət qurub, baxmayaraq ki, indiyədək yalnız bir neçə sadə ifadə bilirmiş.
Çeysin sözlərinə görə, tibb bacıları onun ağrıları ilə bağlı standart suallar veriblər və o, avtomatik olaraq ispan dilində cavab verib.
O hesab edir ki, beyni bu dili uşaqlıqda yadda saxlayıb. Çeys valideynləri daim ispan dilində danışan ən yaxın dostunun evinə tez-tez gedirmiş. O vaxtlar sözlərin mənasını başa düşməsə də, eşitmə məlumatı çox güman ki, şüuraltı olaraq qalıb.
Qeyd edək ki, bu nadir fenomen xarici dil sindromu kimi tanınır və adətən qısa müddət davam edir. Mütəxəssislərin fikrincə, bu, anesteziya, travma və ya ağır stresdən sonra beyin funksiyasında müvəqqəti dəyişikliklərlə əlaqələndirilir.
Adəm
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu


































