Maraq dünyası
Buzlu suyun altında 20 saat qalan kişi sağ tapıldı
Rusiyada maraqlı hadisə baş verib.
Publika.az Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin bölməsinə istinadən xəbər verir ki, dənizdə, buzlu suyun içində tək qalmış dalğıc aşkarlanıb. O, genişmiqyaslı axtarış əməliyyatının başlamasından təxminən 24 saat sonra sağ tapılıb. 20 saat buzlu suyun altında qalan dalğıcın vəziyyəti qənaətbəxş hesab olunur.
Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinə 23 yanvar axşamı Korsakov dəniz limanının sularında itkin düşən dalğıc haqqında məlumat daxil olub. 50 yaşlı kişi və onun həmkarı sahildən iki kilometr aralıda dalğıc əməliyyatları apararkən izsiz şəkildə yoxa çıxıblar. 24 yanvarda həm onun itkin düşdüyü ərazini, həm də cərəyanın onu apara biləcəyi ehtimal edilən geniş ərazidə axtarış-xilasetmə əməliyyatı başlayıb.
Günorta saatlarında itkin düşmüş kişi "İvan Kapralov" gəmisinin heyəti tərəfindən aşkar edilərək xilas edilib. Daha sonra o, Korsakov limanına aparılması üçün "Otto Schmidt" xilasetmə gəmisinə göndərilib. İlkin məlumatlara görə, xilas edilən şəxsin vəziyyəti qənaətbəxşdir və təcili tibbi yardıma ehtiyac yoxdur.
Tural
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu


































