Maraq dünyası
Yaponların panda "dərdi" - Minlərlə insan vida mərasiminə gəldi
Minlərlə Tokio sakini ölkədə qalan son pandalar ilə vidalaşmaq üçün Ueno Zooparkına axın edib.
Publika.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Xiao Xiao və Lei Lei adlı pandalar bazar günü Çinə geri qaytarılmamışdan əvvəl sonncu dəfə əhaliyə nümayiş etdiriliblər. 21 dekabr - 7 yanvar tarixləri arasında keçirilən lotereya qalibləri onları görmək şansı qazanıblar. 14-25 yanvar tarixləri arasında isə minlərlə insan pandaları görməyə gəlib.
Bildirilir ki, bəzi ziyarətçilər bazar günü gəlsələr də pandaları görə bilməyiblər.
Xatırladaq ki, Pekin və Tokio arasında artan gərginlik pandalarla bağlı tədbirlərə də təsir edib. Yaponiya zooparklarında 54 ildən sonra ilk dəfə pandalar olmayacaq. Hazırda Yaponiyanın Çindən icarəyə götürdüyü iki əkiz pandası var: erkək Xiao Xiaodur, dişi isə Lei Leidir. Yaponiya-Çin münasibətlərində son zamanlar pisləşən gərginlik səbəbindən yeni icarə müqaviləsinin imzalanması ehtimalı isə sıfıra enib.
Tural
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu


































