Maraq dünyası
Lotereyada 111 min uddu, almaq yadından çıxdı - Pul xeyriyyəyə gedəcək
Mərkəzi Amerikanın şərq sahilində yerləşən Beliz respublikasında uduşlu lotereya biletinin qalibi 111.111 Beliz dolları (təxminən 94 min manat) məbləğində mükafatı vaxtında almadığı üçün itirib.
Publika.az xəbər verir ki, bu barədə “The San Pedro Sun” qəzeti məlumat yayıb.
20 dekabr 2025-ci il tarixində keçirilmiş "Million Dalla Jackpot" lotereyasının qaliblərinə uduşlarını almaq üçün 30 gün vaxt verilib. Səkkiz qalib bu müddət ərzində mükafatlarını alıb, lakin doqquzuncu bilet sahibi gecikdiyindən haqqı olan puldan məhrum olub.
Qeyd edilir ki, itirilmiş mükafat xeyriyyə təşkilatlarına bağışlanacaq. Mükafatı alacaq təşkilat fevralın ortalarında keçiriləcək iclasda müəyyənləşəcək.
Adəm
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz




































