Maraq dünyası
Seks haqqında məşhur stereotip alt-üst edildi
Psixoloqlar yüzlərlə evli cütün gündəlik həyatını təhlil edərək cinsi yaxınlığın stress səviyyəsini həqiqətən azaltdığı, lakin bu təsirin adətən qısa sürdüyü qənaətinə gəliblər.
Publika.az xəbər verir ki, bu barədə araşdırma "Archives of Sexual Behavior" jurnalında dərc olunub.
Qeyd olunub ki, fiziki yaxınlıq zamanı orqanizmdə gərginliyi yumşaldan oksitosin və endogen opioid hormonları ifraz olunur. Lakin yeni tədqiqat bu müsbət təsirin real həyatda nə dərəcədə qalıcı olduğunu və növbəti günə təsir edib-etmədiyini aydınlaşdırıb.
Yeni evlənmiş 319 cütün iştirak etdiyi təcrübə zamanı iştirakçılar 14 gün boyunca gündəlik anket dolduraraq stress səviyyələrini və yaxınlıq faktorlarını qeyd ediblər. Təhlillər göstərib ki, cinsi əlaqənin olduğu günlərdə həm kişilər, həm də qadınlar özlərini daha az gərgin hiss edirlər. Lakin cəmi 24 saat sonra bu müsbət təsir tamamilə yoxa çıxır.
Rods kollecinin psixoloqu Syerra Piters bildirib ki, yaxınlığın növbəti günə qədər davam edəcəyi gözlənilsə də, nəticələr fərqli olub.
Araşdırmada yaxınlığın səbəbi də mühüm amil kimi qeyd olunub. Əgər tərəflər münaqişədən qaçmaq və ya partnyorunu məyus etməmək üçün yaxınlıq edirlərsə, bu, növbəti gün stress və narahatlıq səviyyəsinin daha da artmasına səbəb olur.
Ekspertlər hesab edirlər ki, yaxınlıq stressdən müvəqqəti qurtulmağa kömək etsə də, o, gərginliyin real səbəbləri ilə mübarizəni əvəz edə bilməz.
Hüseyn İbadlı
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Rəsmi xronika11:44İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi
-
MDB10:06Rusiyada deputatların pensiyası qəpik-quruş imiş - Məbləğ açıqlandı
-
Sosial08:49Azərbaycan toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?















.jpg)






.webp)











.jpg)

