Maraq dünyası
Bu il ərzində varlanacaq bürclər
2026-cı il üçün varlanmaq və maddi uğur qazanmaq ehtimalı yüksək olan bürclərin ulduz falı.
OĞLAQ
Bu il pul sənə gələcək, amma sən də bir az tərpən. Boş oturub "niyə artmır bu maaş" demə. Kimin yanına gedib, nəyi tələb eləmək lazımdır - elə. Səni çoxdan dəyərləndirməyiblər, indi vaxtıdır. Qazanacağın pulun bir qismini yığ, bir qismini kef üçün xərclə, çünki il uzundur.
BUĞA
Səbir elə, amma çox da yatma. Pul elə bil səni istəyir, amma sən həmişə bir az tərs düşürsən. Yazdan sonra yollar açılacaq - ya maaş qalxır, ya da kimsə sənə "gəl bu işi bir yerdə görək" deyəcək. Razı ol, amma ağılla.
OXATAN
Bu il səni varlı edən ideya olacaq. Heç özün də bilməyəcəksən haradan gəldi. Pul gələcək, amma onu qorumaq sənlik deyil - ya dostlara xərcləyirsən, ya səyahətə. Hər ikisi də olar, amma bir az yığ, o da gərəkdi.
DOLÇA
Səndə bu il qəribə şeylər olacaq. Birdən biri çıxıb deyəcək: "gəl bu layihəyə qoşul," sən də düşünmədən girəcəksən və oradan pul gələcək. Amma sən onsuz da bu il ağıllı qərarlar verəcəksən. Bircə ehtiyatlı ol - dostla pulu qarışdırma.
QIZ
Sən elə çalışırsan ki, ulduz da deyir "bunun pulunu verməsəm günahdır". İlin ortasında bir sıçrayış olacaq - rəhbər səni görəcək, iş dəyişəcəksən, vəssalam. Pul gələcək, amma sən yenə qənaət rejimindəsən. O da yaxşıdır.
BALIQ
Pul sənə dəniz kimi gələcək, amma dalğa kimi də gedə bilər. Sakit ol, çünki bəxt səndədir. Yaz aylarında elə bir fürsət çıxacaq ki, "yox" desən, axırda peşman olarsan. Daxili səsinə qulaq as - bu il o düz deyəcək.(baku.ws)
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...





































