Maraq dünyası
Ən seksual peşə artıq CEO deyil - Qadınlar indi bu kişiləri daha cəlbedici hesab edirlər
İllərdir aparılan sorğularda "ən cəlbedici peşə" dedikdə ağla ilk gələn CEO-lar, pilotlar və ya həkimlər olurdu. Lakin yeni dövrün trendləri və qadınların gözləntiləri tamamilə dəyişib. Artıq siyahının zirvəsində bir vaxtlar "çətin və yorucu" hesab edilən tamamilə fərqli bir sahə dayanıb: Fermerlik və Kənd Təsərrüfatı.
Publika.az xəbər verir ki, aparılan beynəlxalq sorğunun nəticələrinə görə, qadınlar artıq təbiətlə iç-içə olan, fiziki güc tələb edən və "istehsal edən" kişiləri daha cəlbedici hesab edirlər. CEO-ların steril ofis həyatı və yüksək stress səviyyəsi öz cazibəsini itirməyə başlayıb.
Mütəxəssislər qadınların bu seçimini bir neçə amillə əlaqələndirirlər:
Təbiilik və Səmimiyyət: Şəhər həyatının süni tempindən yorulan insanlar üçün torpaqla məşğul olan, öz qidasını özü yetişdirən insanlar daha "real" və etibarlı görünür.
Dözümlülük: Fermerlik həm fiziki güc, həm də zehni dözümlülük tələb edir. Bu isə təkamül baxımından "qoruyucu və təminatçı" obrazını gücləndirir.
Ekoloji Şüur: Sağlam həyat və ekoloji məhsullara olan maraq bu peşənin nüfuzunu artırıb.
Əvvəllər gücün və pulun simvolu olan CEO-lar artıq "daimi məşğuliyyət", "ailəyə vaxt ayıra bilməmək" və "rəqəmsal asılılıq" ilə əlaqələndirilir. Qadınlar daha çox emosional bağ qura biləcəkləri və daha az stressli həyat tərzi sürən partnyorlara üstünlük verirlər.
Fermerlikdən sonra siyahıda yüksəlişə keçən digər peşələr arasında mühəndislər, yaradıcı sənət adamları və aşpazlar yer alır. Klassik "kostyumlu" peşələr isə ilk beşlikdən uzaqlaşmağa başlayıb. (Milli.az)
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var




































