Maraq dünyası
Sevgilisini öpərək rekord qırdı
Britaniyalı Coşua Sanders öpüşlərin sayına görə Ginnesin rekordlar kitabına düşüb.
Publika.az xəbər verir ki, bu barədə "Guinness World Records" şirkətinin rəsmi "TikTok" hesabında məlumat verilib.
Rekord Londonda qeydə alınıb. Videoda Sandersin 30 saniyə ərzində sevgilisi Cenni Troyu 146 dəfə öpdüyü əks olunub.
"O, bu rekordu üçüncü cəhddə uğurla qırdı. Lakin ümid edir ki, kimsə artıq bu rekordu təzələməyə hazırlaşır", - deyə məlumatda bildirilir.
Öpüşün müddətinə görə dünya rekordu isə Tailanddan olan bir cütlüyə məxsusdur. Onlar 2013-cü ildə Sevgililər Günü münasibətilə keçirilən ən uzunmüddətli öpüş müsabiqəsində iştirak ediblər. Öpüş zamanı sevgililərə dodaqlarını hətta bir neçə saniyəlik belə ayırmağa icazə verilməyib — onlar hətta tualetə də birlikdə getməli olublar. Nəticədə Ekkaşay və Laksan Tiranaratın öpüşü təxminən iki sutka yarım davam edib.
Hüseyn İbadlı
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...





































