Maraq dünyası
Qiyməti ilə “Ginnesin Rekordlar Kitabı”na düşdü
2021-ci ildə güləşçi və bloqçu Loqan Pol 5.275 milyon dollara "Pokémon" personaj kartı alaraq dünya rekordu qırdı.
Publika.az "CNN"nə istinadən xəbər verir ki, o, indi yeni bir nailiyyətlə "Ginnesin Dünya Rekordları Kitabı"na daxil olub.
Belə ki, güləşçi "Pikachu Illustrator" kartını bir vaxtlar yarışlarda taxdığı brilyantla bəzədilmiş boyunbağı ilə tamamlayıb və onu 16.492 milyon dollara satıb. Kart 16 fevralda "Goldin Auctions" tərəfindən hərraca çıxarılıb və Pol 8 milyon dollardan çox xalis mənfəət əldə edib.
"Ginnesin Dünya Rekordları Kitabı"nın nümayəndəsi Polun indiyə qədər hərracda təklif olunan ən bahalı ticarət kartını satdığını təsdiqləyib.
Qeyd edək ki, bəhs edilən kart 1990-cı illərin sonlarında "Pokémon" illüstrasiya müsabiqəsi üçün yaradılan 39 nadir kartdan biridir.
Ləman
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...





































