Genetik yoxsulluğun 4 heyrətamiz səbəbi və ondan xilas yolları
Bizi izləyin

İnanc

Genetik yoxsulluğun 4 heyrətamiz səbəbi və ondan xilas yolları

Yoxsulluğun kökləri harada yerləşir?, Yoxsul olmaq ehtimalı nə qədərdir?

Publika.az Rusiya mətbuata istinadən xəbər verir ki, biznes-təlimçi və tanınmış mühazirəçi Natalya Qreys öz kitablarının birində bu suallara cavab verməyə cəhd göstərib. O əmindir ki, genetik yoxsulluğun artmasına 4 amil təsir edir. Onun fikrincə, insanlar özləri özünü yoxsulluğa proqramlaşdırır.

Yoxsulluq barədə sizin təsəvvür dəyişdirəcək hekayələr

1. Mentalitet

Uşaqlıqda mən sinif yoldaşımla onların evində böyüklər gəlib çıxana qədər divanda istədiyimiz qədər tullanıb-düşürdük. Bizi yuxarı qaldıran yaylı divan və çarpayıları çox sevirdik və sıçrayanda divandan qalxan tozun göyə uçması bizi daha da coşdururdu. Mən iyirmi il sonra uşaqlıq rəfiqəmin evinə getmişdim, onda bir vaxtlar üstündə oynadığımız həmin divanı yenə eyni küncdə görən dəhşət anlar yaaşdım.

Xatırladığım qədəri ilə divan çox dəyişməmişdi, lakin yoxsulluq və səfil vəziyyət məni sarsıtmışdı. Mən beynimdə yeni divanının, sınmış və yapışdırıcı ilə yapışdırılmış güzgülərin, eləcə də yağa bulaşmış stulların alınması üçün nə qədər pul lazım olduğunu dərhal hesablamağa başladım. Biz keçmiş və gələcək barədə söhbət edəndə təsəvvürümdə tavanı ağardır və divar kağızlarını dəyişirdim. Pəncərədə milçək çirki o qədər idi ki, dəsmal alıb onu silmək, divanın altındakı qutu və corabla bağlanmış dibçəyi alıb tullamaq istəyirdim. "Bəlkə pulları yoxdur" – deyə fikirləşirdim. Amma beyin dərhal müqavimət göstərirdi və mənə masanın kənarlarını düzəltmək üçün heç olmasa ucuz, yapışqan lentlər almağı təklif edirdi. Gözüm hara sataşırdısa, sınıq-salxaq, korlanmış, ləkəli və çirkli qab və mebellərə sataşırdı.

Beynim birdən mənə dedi: "Səncə, niyə yoxsulluqla çirk həmişə vəhdət təşkil edir?" Hətta əgər "həmişə" sözünü "demək olar ki, həmişə" və ya "tez-tez" ilə əvəz etsəniz də, vəziyyət dəyişməyəcək. Çirk yoxsulluğun yox, əslində, mentalitetin təzahürüdür. Diqqət yetirin: Palçıq yoxsulluğun deyil, mentalitetin təzahürüdür. Çirkab və səfalətin qonşu olduğunu nəzərə alsaq, onda yoxsulluq özünəməxsus mentalitetdir. Əslində, yoxsulluq "yuyulmamış" başda yerləşir.

2. Meşşanlıq

Məktəbdə mənim əla ədəbiyyat müəlliməm var idi. Tamara Qriqorevna qeyri-adi zəkaya malik çox ağıllı qadın idi. Onun bir dəfə ağzından qaçırtdığı bu cümləni ömür boyu yadda saxladım. Uşaqlardan kimsə ondan meşşanlığın nə olduğunu soruşdu. O, belə cavab verdi: "Meşşanlıq yeni servantda təzə stəkanlar durduğu halda köhnələrdən istifadə etmək deməkdir". Sovet dövründə bütün evlərdə belə qəbul olunub ki: Pul qara gün üçün yığılıb, ağ gün üçün yeni fincan servantda durur, yalnız ağ gün nadir hallarda olur, qara isə bütün həyatımızı doldurur. Kim isə gələcəyi gözləyərək yaşayır, kimin üçünsə o, heç vaxt gəlmir. Onda bunu başa düşdüm ki, yoxsul olmaq, çirkli olmaq ayıbdır. Başında xarabalığın olması ayıbdır, bu da uşaqların mentaliletinə və yaşayış tərzinə qaçılmaz təsir edir. Gələcək həyatı gözləmək isə ədavətə gətirib çıxarır.

3. Zoluşka kompleksi

Bağ evi almaq üçün iyirmi ildən çox pul yığan qadın tanıyıram. O, iki qız böyüdürdü. Qızlardan böyüyü mənə etiraf etmişdi ki, uşaqlıqda yarıac yaşayıblar, cırıq paltarlar geyindikləri üçün küçəyə çıxmağa utanıblar. Xəsis ana qızlarına təzə paltar almaq əvəzinə uşaqları bozarmış, yamaqlı paltarlar geyindirirdi. Ağarmış, əyninə balaca olan şavlarlarda qızlar dilənçi görkəmi alırdı.

Həmin dövrdə dövlət sisteminin kifayət qədər maaş vermədiyi haqqında danışmağa dəyməz. Mən sistemi deyil, çürümüş beyinləri tənqid edirəm. Eyni pula layiqli yaşamaq olardı. Nəhayət, anası bağ evi aldıqdan sonra heç bir qız bağa maraq göstərmir, amma əvəzində onlar analarını onlara normal həyat vermədiyinə görə, hər gün qınayır. Bu qızlarda artıq zoluşka kompleksi formalaşıb. Onlar hər tərəfdə köhnə əşyalar görməyə alışıb, ona görə də pul xərcləməyə qorxurdular. Onlar hər dəfə nə isə alanda kefləri pozulurdu, ən dəhşətlisi isə qızlar yeni əşyalara özlərini özlərini layiq bilmirdilər. Bu da genetik yoxsulluq adlanır. O artıq qızların qanına və sümüklərinə hopub. Yadda saxlayın ki, pul xərcləmək qorxusu sizi yoxsulluğa sürükləyir.

4. Təhtəlşüur proqramlaşdırması

Köhnə künc-bucaq görən uşaqlar şüursuz şəkildə yoxsulluğa proqramlaşdırılır. Onlar artıq yeniyetmə yaşlarında onun ağırlığını dərk etməyə başlayır. Anton Pavloviç Çexov qeyd etmişdi ki, köhnə divarlar və çirkin dəhlizlər tələbənin tədris qabiliyyətinə mənfi pis təsir edir. Çirkab və səfalət insanı boğur, kasıb görkəm isə uğursuzluğa proqramlaşdırır.

Siz mənə etiraz edə bilərsiniz ki, səfalətə qarşı nifrət insanı pul qazanmağa stimullaşdırır və inkişaf etdirir, amma hamımız çox yaxşı bilirik ki, bu, nadir hallarda baş verir. Və çoxları yoxsulluğun ağır yükü altında əzilir. "Bədbəxtlik" və "Yoxsulluq" təxminən eyni mənmanı ifadə edir. Odur ki, bədbəxtliyi özünüzdən uzaqlaşdırıb yoxsulluğu qovun. Yadda saxlayın ki, "Zənginlik ağlın göstəricisidir". Yəni, yoxsulluq da ağlın göstəricisidir. Zənginlik də, yoxsulluq da fikirləri və ağlı ifadə edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm