Tarix
İlk erməni baş nazirinin ŞOK ETİRAFLARI: Türklər bizə təklif etmişdilər ki...
Erməni lobbisinin qondarma "soyqırımı" iddiaları Ermənistanın ilk baş naziri Ovanes Kaçaznuni tərəfindən şəxsən təkzib edilib.
O.Kaçaznuni tərəfindən 1923-cü ildə Buxarestdə baş tutan Daşnak Konqresində təqdim olunan məruzə həqiqətləri üzə çıxarıb. Osmanlı dövründəki hadisələrlə əlaqədar Kaçaznuni tərəfindən imzalanan hesabatı Türk Hava Qurumu rus dilindən türk dilinə tərcümə etdirərək kitaba çevirib.
Kitabdakı məlumatlar türklərin ermənilərə qarşı "soyqırımı" etdikləri iddialarını qəti şəkildə rədd edib. Yaxın tarixə işıq salan sənəd kimi Kaçaznuninin sözlərini özündə cəmləşdirən kitab ermənilərin Osmanlı İmperiyasına qarşı xəyanətlərini də açıqlayıb.
İllərdir qondarma "soyqırımına" məruz qaldığını iddia edən və dünya ictimai rəyini boğmağa çalışan ermənilərin bütün tezislərini təkzib edən ilk baş nazirlərinin 128 səhifəlik hesabatında aşağıdakı təəccüblü açıqlamalara yer verilib.
Publika.az O.Kaçaznuninin hesabatından bir sıra maraqlı hissələri təqdim edir:
"Biz sülhün qarşısını aldıq"
"Əməliyyata qatıldıq. 1914-cü ilin payızında, Türkiyə hələ döyüşən tərəflərdən birinə qoşulmadığında, Cənubi Qafqazda böyük səs-küylə erməni könüllü qoşunları yaradılmağa başlandı. Sadəcə bir neçə həftə ərzində erməni inqilabçı "Daşnaksütyun" partiyası həm bu birliklərin yaradılmasında, həm də Türkiyəyə qarşı aparılan hərbi əməliyyatlarda fəal iştirak etdi".
Biz sülhün qarşısını aldıq, türklərə qarşı üsyan qaldırdıq. Barışı sabotaj etmək üçün mübarizə belə aparmışıq. Artıq hamımız türklərin düşməni olan Antanta güclərinin düşərgəsində idik.
Türkiyədən "Dənizdən dənizə Ermənistan" tələb etməkdə idik. Müttəfiq dövlətlərin ordularını Türkiyəyə göndərmələri və suverenliyimizi təmin etmələri üçün Avropa və Amerikaya rəsmi çağırışlar etdik. Nəhayət, mövcud olduğumuz müddətdə türklərlə davamlı olaraq mübarizə apardıq. Öldük və öldürdük. Artıq bundan sonra türklərə nə etibar aşılaya bilərik?
"Dövlət ola bilmədik"
Həqiqətləri görə bilmədiyimiz hərbi əməliyyatlarda iştirak etdik. Aldadıldıq və Rusiyaya birləşdirildik. Faktları görə bilmədik, hadisələrin səbəbkarı bizik. Türklərin milli mübarizəsi haqlı idi. Barışı rədd etməyimiz və silahlanmağımız böyük bir səhv idi. Türklərə qarşı ayağa qalxdıq, üsyan etdik və vuruşduq. "Sevr" razılaşması gözümüzü kor etmişdi. Üsyanımızın təməlində müttəfiq dövlətlərin bizə vəd etdiyi "Böyük Ermənistan" xəyalı var idi. Ancaq heç bir zaman dövlət ola bilmədik. "Türkiyə Ermənistanı" adlanan bir dövlətin xəyaldan başqa bir şey olmadığını görə bilmədik. Ağlımız dumanlı idi, biz ermənilər qeyd-şərtsiz Rusiyaya yönəlmişdik. Heç bir əsas olmadan qələbə havasında idik. Sədaqətimizin, işimizin və köməyimizin qarşılığında Çar hökumətinin bizə Ermənistanın müstəqilliyini hədiyyə edəcəyinə əmin idik. Həqiqətləri anlaya bilmədik və məsuliyyət daşıyan insanların sözlərinə böyük əhəmiyyət verərək, öz istəklərimizi başqalarına mənimsədərək özümüzə etdiyimiz hipnozun təsiri ilə xəyallara qapıldıq.
"Biz ermənilər qəzəb və qorxu içində "cinayətkarlar" axtarırdıq
1915-ci ilin yay və payız aylarında Türkiyə erməniləri məcburi şəkildə deportasiya edildi, türklər bunu çox yaxşı etdilər. Türklər nə etdiklərini bildilər və bu gün peşman olacaq bir şey yoxdur. Bu metod ən dəqiq və uyğun idi. Biz ermənilər qəzəb və qorxu içində "cinayətkarlar" axtarırdıq və bu cinayətkarı Rusiya hökuməti və onun xain siyasəti olaraq təyin etdik. Siyasi cəhətdən yetişməmiş və balanssız bir təhrifdə biz bir ucdan digərinə sovrulmaqdaydıq.
Rusiya hökumətinə olan inamımız dünən nə qədər kor-koranə və əsassız idisə, bu gün də elədir. Siyasi partiya ("Daşnaksütyun") olaraq biz məsələmizin rusları maraqlandırmadığını və onların lazım olanda cəsarətimizi çeynəyərək keçib gedə biləcəklərini unutduq.
"Bu, böyük bir səhv idi"
Biz barış təklifini rədd etdik. 1918-ci ildə imperialistlərə qarşı apardıqları müharibədə məğlub olan türklər müqavimət göstərdilər və iki il içərisində təkrar özlərinə gəldilər. Yeni gənc və millətçi duyğularla hərəkət edən bir nəsil ortaya çıxaraq Anadoluda öz ordusunu yenidən təşkil etməyə başladı. Türklərdə milli şüur və özlərini müdafiə hissi oyanmışdı. Gələcəklərini heç olmasa Kiçik Asiyadan təmin etmək üçün Sevr müqaviləsinə hərbi güclə qarşı qoymaq məcburiyyətində idilər. Bizim bu dönəmdə sülhü rədd etməyimiz və silahlanmağımız böyük səhv idi. Tezliklə sərhədlərimizdə hərbi əməliyyatlar başlayanda türklər bizimlə görüşməyi və danışıqlara başlamağı təklif etdilər. Onların təklifini rədd etdik. Bu, böyük bir səhv idi. Həm də bu, danışıqların mütləq uğurlu olacağı demək deyildi, lakin bu danışıqların sülh yolu ilə nəticələnmə ehtimalı var idi.
"Bütün dünya asanlıqla bizi aldatdı"
Hər kəs bizi aldadıb. Taledən şikayətlənmək və fəlakətlərimizin səbəblərini özümüzdən kənarda axtarmaq kədərlidir. Bu, bizim (xəstə) milli psixologiyamızın səciyyəvi xüsusiyyətidir və "Daşnaksütyun" partiyası bundan qaça bilmədi. Sanki uzaqgörənliyimiz bir qəhrəmanlıq idi, istəyən hər kəs - fransızlar, ingilislər, amerikalılar, bolşeviklər, bir sözlə, bütün dünya asanlıqla bizi aldatdı və xəyanət etdi. Biz sadəlövhcəsinə bu müharibənin ermənilər üçün başladıldığına inandırılmışdıq.
Akqabay
-
Yaxın Şərq17:35
Suriyada müvəqqəti hökumətin başçısı bu şəxs oldu - FOTO
-
Yaxın Şərq16:46
TƏCİLİ: Rusiya qoşunları Suriyadakı iki bazanı tərk etdi
-
Maraq dünyası16:16
Van gölü möcüzəsi: Niyə uşaqların saçı yayda saralır, qışda isə qaralır? - FOTOLAR
-
Sosial15:33
Məşhur şadlıq sarayı bağlanır? - FOTO
-
Kriminal14:36
Qadından gənc oğlana qarşı dəhşətli əməl: “Əxlaqsız təklif etdi...” - Şok təfərrüat / VİDEO
-
Dünya13:37
Bəşər Əsədin 2014-cü ildə öldürülən əmisi oğlunu "asdılar" - FOTOFAKT
-
Cənubi Qafqaz12:53
Bakı və İrəvan Vaşinqtona nə deyir? - Narışkin ABŞ-ın planını de-şifrə etdi
-
Hadisə11:55
Bu rayonun icra başçısının tükürpədən əməlləri