Tarix
Şuşi haradan çıxdı?

Azərbaycanın Macarıstandakı keçmiş səfiri, professor Vilayət Quliyev bildirib ki, ermənilər iştahalarının və həyasızlıqlarının hüdudsuzluğuna baxmayaraq, hələ də Qarabağ atlarına iddiaçı çıxa bilməyiblər.
Publika.az xəbər verir ki, tarixi faktları üzə çıxaran diplomat Şuşanın adını Şuşiyə çevirmək ideyasının necə yarandığını açıqlayıb:
“Aşağıdakı şəkil qədim Azərbaycan şəhəri, ölkəmizin mədəniyyət paytaxtı Şuşanın 1843-cü il mayın 21-də rus çarı Birinci Nikolay tərəfindən təsdiq olunmuş gerbidir.
Həmin dövrdə Şuşa inzibati baxımdan Xəzər vilayətinin Yelizavetpol quberniyasının tərkibinə daxil olduğundan (qəza şəhəri statusunda) gerbin yuxarı hissəsində Xəzər və Abşerona aid rəmzlər (Bakının gerbində yer alan alov dilləri də daxil olmaqla), aşağıda isə sırf Şuşa ilə bağlı simvolika (Asiya tipli yəhər və yüyənli Qarabağ atı) yer alıb. Deməli, gerb dili olan rəmzlər sırf Azərbaycana bağlıdır.
Yaxşı, bəs nədən ermənilər “qədim erməni şəhərinin” adının 1843-cü ildə Şuşi kimi göstərilməsinə nail olmayıblar? Axı Azərbaycan türkləri ilə müqayisədə onlar xristian qardaşları olan ruslarla daha yaxın idilər. Rus işğal qüvvələrinə bələdçilik edirdilər. Qarabağ xanlığının ləğvindən sonra Şuşanın idarəçiliyi Valerian Mədətov, Aşot Xandəmirov, Tarxan Maurarov kimi erməni əsilli nüfuzlu rus əlaltılarının ixtiyarında idi. Niyə onlar “doğma şəhərə” qədim adını qaytarmaq barəsində düşünməmişdilər? Niyə ruslar Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər kimi adların ermənilərin indi hər vasitə ilə dövriyyəyə soxmağa çalışdıqları uydurma variantlarından istifadə etməmişdilər? Aydın məsələdir, çünki dövrün rus məmurları boş erməni nağıllarına deyil, tarixi vəsiqələrə, yazılı mənbələrə inanmışdılar.
Şuşanın adını Şuşiyə çevirmək ideyası Birinci Qarabağ müharibəsindən və şəhərin işğalından sonra meydana çıxmışdı. Eyni zamanda başa düşmüşdülər ki, şəhəri məsələn Craberd, yaxud Tiqranakert adlandıra bilməzdilər. Bu, lap ağını çıxarmaq və Şuşanın 200 illik tarixi üzərindən xətt çəkmək olardı. Ona görə də sondakı bir hərfi dəyişdirməklə Şuşanı “erməniləşdirmək” fikrinə düşmüşdülər.
Gülünc təşəbbüsdür. Fransızlar öz paytaxtlarına Paği deyirlər, ruslar, eləcə də biz Paris deyirik. Amma bu tələffüz fərqindən fransız şəhəri rus, yaxud Azərbaycan şəhərinə çevrilmir... Musiqili Şuşa ilə bağlı isə Krılov babanın sanki ermənilərə ünvanlanmış bu misraları lap yerinə düşür: “А вы, друзья, как не садитесь, Все в музыканты не годитесь!”
Murdar əllərinizi Şuşadan çəkin! Gedib Hindistanda özünüzə Nor-Şuşi şəhəri tikin və şüvəninizi davam etdirin”.

-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı