Tarix
Türkologiya yeni kəşflərin astanasında: Tunc dövrünə aid çöl piramidası dünyanı silkələdi
Qazaxıstandan gələn “Tunc dövrü çöl piramidası” xəbərləri Çinin Şaanşi əyalətindəki “Ağ Piramidalar” və ya “Türk Piramidaları” kimi tanınan tikililəri gündəmə gətirib. Türkoloq Prof.Dr. Özkul Çobanoğlu “Türkologiyada kəşflər dövrü başladı” deyərək mühüm məlumatlar verib.
Publika.az xəbər verir ki, Avrasiya Milli Universitetinə bağlı arxeoloqlar Qazaxıstanın Almatı vilayətindəki Abayda “at kultu” ilə əlaqəli böyük “Tunc dövrünə aid çöl piramidası” aşkar etdiklərini açıqlayıblar. Eyni ərazidə gil qablar, yeməklər və xırda tunc yuvarlaq metallar, hun və sakların qədim məzarlarına da rast gəlindiyi bildirilir.
Çində sözügedən piramidalar son 10 ildə Türkiyə mətbuatında müzakirə mövzusu olub. Bu piramidaların türk tarixinin izlərini daşıdığı, türk mədəniyyətini əks etdirən divar rəsmlərinin, hətta mumiya qalıqlarının olduğu iddia edilir. Çinin Sincandakı uyğur probleminə görə bu piramidaların gündəmə gəlməsini istəmədiyi, hətta ağac əkməklə onları gözdən uzaqlaşdırmağa çalışdığı iddiaları da var. Bununla belə, piramidaların ilkin Çin imperatorları olan “Han sülaləsi” tərəfindən tikildiyi barədə məlumatlar da var. Çinin və türklərin uzaq tarixlərinin Asiyanın bir çox nöqtələrində kəsişdiyini nəzərə alsaq, piramidalar məsələsi həqiqətən də ayrılmaz hala gəlir.

Şərqşünaslığın arxeologiyaya təsiri olduğunu, yerin tarixini “Hindistan Avropası” çərçivəsində şərh edildiyini bildirən Prof.Dr.Çobanoğlu deyib ki, istədiklərini tarixə salırlar, istəmədiklərini çölə atırlar:
“Türkologiyada yeni kəşflərin astanasındayıq. Qazaxıstandakı piramidaya da eyni kontekstdə baxırıq. Tarixin ən qədim sivilizasiyası türk sivilizasiyasıdır. Bizi elə təsvir edirlər ki, guya Orta Asiyada ac-susuz olan bir neçə nəfər keçi atlarına minib, Anadoluya gəlib, bığları uzun, qılıncları iti olduğu üçün dərhal türkcə öyrənib, ərazi zəbt edib. Fransız arxeoloqları minlərlə hun məzarının olduğu Qazaxıstanda, Orta Asiyada hun qəbirləri açıblar. Anadolu, onlara tam uyğun gələn DNT-lərin dünyada ən çox yayıldığı yerdir”.

Avrasiya Universitetinin Arxeologiya və Etnologiya kafedrasının müdiri, tarixçi Ulan Ümitkaliyev Qazaxıstanda aşkar edilən və altıbucaqlı şəklində tikildiyi müəyyən edilən çöl piramidasının “at kultu” ilə əlaqəli olduğunu bildirib:
“Altıbucaqlı piramidada hər üz arasında 13 metr 8 sıra daş var. Piramidanın ortasında bir neçə dairəsi olan çox mürəkkəb bir quruluş olduğu görürük. Binanın xarici divarlarında müxtəlif heyvanların, xüsusən də atların təsvirləri üstünlük təşkil edir. Qazıntılar zamanı əldə edilən tapıntılar, keramika məmulatları, qızıl sırğalar və digər zinət əşyaları onun qədim zamanlarda mədəniyyət mərkəzi olduğunu göstərir. Binanın ətrafında at sümüklərinin tapılması at kultunun son dərəcə yüksək olduğunu göstərir”.
Aysel Şahmar
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər



















.png)






.jpg)











