Tarix
Tarixi saray muzey kimi istifadəyə verildi
İstanbulda Osmanlı imperiyası dövrünə aid tarixi “Ulduz sarayı” (Yıldız sarayı) muzey kimi yenidən istifadəyə verilib.
Publika.az xəbər verir ki, muzey-kompleksin açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ulduz sarayı”nın İstanbulun rəmzlərindən biri olduğunu bildirib.
O, bu gündən etibarən qapılarını xalqın və dünyanın müxtəlif bölgələrindən gələn qonaqlar üçün açan bu sarayın bərpası ilə İstanbulun tarixi, mədəni və turizm baxımından cəlbediciliyini daha da artacağına inamını ifadə edib.
Qeyd edək ki, İstanbulun üç ən böyük sarayından biri olan “Ulduz sarayı” Osmanlı imperiyası dövründə fəaliyyət göstərmiş nadir tarixi tikililərdən biridir. Yüz ildir ziyarətçi qəbul etməyən saray altı ilə yaxın davam edən bərpa işlərindən sonra bu gün muzey kimi fəaliyyətə başlayıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatına əsasən, Türkiyənin Milli Saraylar Baş İdarəsi tərəfindən yenidən qurulan tarixi tikilinin “Böyük Mabeyn Köşkü”, “Çit Köşkü”, “Kiçik Mabeyn Köşkü” və “Hərəm Otağı” kimi bir çox hissəsi ziyarətə ilk dəfə açılacaq.
Burada Osmanlı imperiyasının 34-cü sultanı II Əbdülhəmidin həyatına və şəxsiyyətinə, 33 illik hökmdarlıq dövrünə aid əsərlər ilk dəfə nümayiş olunacaq. Avropanın, eləcə də Yaxın Şərqin ən böyük kitabxanasına və dülgərlik dükanına malik tikilidə “Ulduz albomları”ndan seçilən fotoşəkillər də ilk dəfə tarix və sənətsevərlərin ixtiyarına veriləcək.
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər




















.png)





.jpg)











