ABŞ-ın yaxın tarixinin ən mübahisəli siması: "Kipr qəssabı" Türkiyənin dostu idi, yoxsa...
Bizi izləyin

Tarix

ABŞ-ın yaxın tarixinin ən mübahisəli siması: "Kipr qəssabı" Türkiyənin dostu idi, yoxsa...

İkinci Dünya Müharibəsindən sonra ABŞ-nin xarici siyasətində iz qoymuş Henri Kissincer dünən 100 yaşında dünyasını dəyişdi. Onun oduqca mübahisəli siaysi karyerası olub. Kipr Sülh Əməliyyatı zamanı ABŞ dövlət katibi olan Kissincer İraq kürdlərinin silahlanmasında mühüm rol oynayıb.

Publika.az xəbər verir ki, Almaniyada nasist hərəkatının ilk addımlarının eşidilməyə başladığı bir vaxtda Bavariyanın kiçik Fürt şəhərində yəhudi bir ailənin oğlu olaraq dünyaya gələndə, heç kim Henri Alfred adlı bu uşağın 20-ci əsrin siyasətində mühüm rol oynayacağını təxmin etmirdi.

Həyatı

Yəhudi əsilli amerikalı diplomat, siyasətçi və politoloq Henri Kissincer 1923-cü il mayın 27-də Almaniyanın Fürt şəhərində anadan olub.
Kissincerin ailəsi 1938-ci ildə nasistlərin təqibindən qaçaraq ABŞ-nin Nyu-York şəhərində məskunlaşıb. Kissincer 20 yaşında ABŞ vətəndaşı olduqdan sonra üç il ABŞ ordusunda xidmət edib və ordunun kəşfiyyat xidmətində çalışıb. Harvard Universitetinin akademiki olan Kissincer orada beynəlxalq münasibətlərdən dərs deyirdi. 1969-1975-ci illərdə ABŞ Milli Təhlükəsizlik Müşaviri kimi xidmət edib.

Yaxın Şərq siklonu

Henri Kissincer 1973-1977-ci illər arasında ABŞ prezidentləri Riçard Nikson və Cerald Fordun dövründə Xarici İşlər Naziri vəzifəsində çalışıb. O ABŞ-nin yaxın tarixinin ən nüfuzlu və mübahisəli simalarından birinə çevrilib. Bəzi yerlərdə "Yaxın Şərq siklonu" olaraq da tanınan Kissincer, təsiri bu günə qədər davam edən qərarlarda iştirak edib. Misir-İsrail sülhündə mühüm rol oynayıb, İraq kürdlərinin silahlanmasında əsas fiqur olub. O, Yunanıstanda 1967-74-cü illərdəki polkovniklərin xuntası ilə əməkdaşlıqda ittiham olunurdu.

Kipr Sülh Əməliyyatı

Kiprdə polkovniklər xuntasının təşkil etdiyi çevrilişdən sonra zamin ölkə olan Türkiyə Kipr Sülh Əməliyyatını təşkil edərkən, yunanlar Kissinceri heç vaxt bağışlamadılar. O, həmişə Yunanıstanın ən sevilməyən siyasətçilərindən biri olub. Kissincer o dövrdə Bəzi yunan yazıçıları ondan “Kipr qəssabı” və ya “Kipr qatili” kimi bəhs edir, Kiprin bölünməsindən məsul hesab edirdilər.

Ecevitin zamanı

Kissincer “Yeniləşmə illəri” adlı xatirələrindən birində o zamankı baş nazir Bülent Ecevitin Kipr siyasətini Ankaranın uğuru kimi qiymətləndirir. Kissincerin sözlərinə görə, Ecevit Kipr əməliyyatı üçün düzgün vaxt təyin etmişdi. ABŞ-da prezident Nikson Uotergeyt qalmaqalı ilə məşğul idi, yunan xuntasının beynəlxalq dəstəyi, Kipr administrasiyasını isə bir dövlət kimi rəsmən tanıyan yox idi. Beləliklə, Ecevit Aralıq dənizində türk bölgəsi hədəfini reallaşdırmaq fürsəti əldə etmişdi.

Ərtuğrul fəlakəti

Amerikalı siyasətçi kitabında “Kocatepe” esminesinin Türkiyənin öz təyyarələri tərəfindən batırılmamışdan əvvəl Ecevitlə etdiyi telefon danışığından da bəhs edir. İddiaya görə, 1974-cü il iyulun 21-də keçirilən iclasda Ecevit yunanların Yunan hərbi gəmilərində türk bayrağını asmasından və türkcə danışan personal yerləşdirməsindən şikayətlənirdi. Kissincer, "Türkcə danışılan gəmini batırdığı üçün heç kim Türkiyəni günahlandırmaz" deyirdi. Elə həmin gün, yəni iyulun 21-də Aralıq dənizində xidmətdə olan “Kocatepe” esminesi Yunanıstan hərbi gəmisi zənn edilərək, Türkiyə döyüş təyyarələri tərəfindən bombalanaraq batırılmış və 54 türk əsgəri şəhid olmuşdu.

Nobel sülh mükafatı

1969-1970-ci illərdə ABŞ-ın Kambocanı bombalamasına dəstək verən Kissincer, digər tərəfdən Vyetnam müharibəsini bitirmək üçün apardığı danışıqlara görə 1973-cü ildə Nobel Sülh Mükafatına layiq görülüb.

Çin ilə normallaşma

Keçən iyulda Çinin paytaxtı Pekinə səfəri zamanı Çin prezidenti Si Cinpinlə görüşən Kissincer ABŞ və Çin arasında əlaqələrin dünyada sülh və rifahı təmin etmək üçün zəruri olduğunu bildirib.

Nəzrin Cavadzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm