Tarix
Sabiq prezidentin malikanəsindəki sirli xəritə: orada nə təsvir olunub? - FOTO

ABŞ-ın qurucularından olan sabiq prezident Tomas Ceffersonun muzey malikanəsində sərgilənən Osmanlı xəritəsi böyük maraq doğurur. Əsrarəngiz xəritənin sirri ABŞ Hərbi Dəniz Qüvvələri ilə Osmanlı İmperiyası arasındakı müharibəyədək gedib çıxır.
Publika.az xəbər verir ki, Ceffersonun özünün tikdiyi və Virciniya ştatında yerləşən “Monticello” malikanəsindəki xəritə sabiq prezidentin iş otağında sərgilənir.
Ceffersonun yazı masasının yanındakı taxta stenddəki obyekt Osmanlı İmperiyasının o dövrdəki xəritəsidir. Ceffersonun dünya tarixinə və coğrafiyaya marağının olmasına baxmayaraq, muzey olan malikanəsində niyə Osmanlı xəritəsini saxladığı diqqət çəkir.
Dövrünün “İntibah adamı”
Fəlsəfə, tarix, filologiya, konstitusiya, incəsənət, mədəniyyət kimi müxtəlif sahələrdə yenilikçi ideyaları olan Ceffersondan söhbət gedəndə tarixçilər qəti bir nəticəyə gələ bilmirlər. O, çalışdığı sahələrə marağının səbəbini yalnız yaxın dostu, ölkənin 2-ci prezidenti Con Adamsa yazdığı məktublarda qeyd edib. Ceffersonun Osmanlı İmperiyası ilə əlaqəsi Türkiyədə də müzakirə yaradıb.
2016-ci ildə paylaşılan şəkil
2016-cı ildə Amerika Donanması 241-ci ildönümü münasibətilə “X” sosial şəbəkə hesabında bir şəkil paylaşıb. Şəkilə olduqca çox reaksiya gəlib. Müvafiq paylaşımda Türkiyə bayrağı ilə döyüşən dənizçilərin şəhid olduğu təsvir edilmişdi. Sözügedən foto 1801-1805-ci illər arasında ABŞ ilə Osmanlı İmperiyasının Barbar əyalətləri arasında baş vermiş 1-ci Barbar müharibəsini göstərsə də, bu savaş həm donanmanın qurulması, həm də ABŞ-da ilk müharibə sayılır.
Osmanlı ilə başlayan müharibənin səbəbi
Bu müharibəyə qərar verən şəxs Tomas Ceffersondur. Pulitzer mükafatlı müəllif Con Miçemin hazırladığı Tomas Ceffersonun tərcümeyi-halında yer alan məlumata görə, o, prezident seçildikdən qısa müddət sonra Barbar problemini birdəfəlik həll etmək və ticarət gəmilərinin sərbəst hərəkətini təmin etmək üçün Barbar əyalətlərinə müharibə elan edib. Müharibənin səbəbi Osmanlı Trablus Dövlətinin paşası Karamanlı Yusuf Paşanın həmin gün ABŞ hökumətindən Aralıq dənizində ticarət gəmilərinin təhlükəsizliyi üçün 225 min dollar (bugünkü dəyəri təxminən 4,5 milyon dollar) istəməsi idi. Cefferson hökuməti bu tələbi rədd edib.
Cefferson haqqında təəccüblü faktlar
Dörd il davam edən və ABŞ-ın qələbəsi ilə başa çatan müharibə həm də Amerikanın ilk xaricə müdaxiləsi hesab olunur. Miçemin kitabında Cefferson haqqında təəccüblü məlumatlar da var. Ceffersonun Aralıq dənizi və Anadoluya marağı bununla məhdudlaşmır. ABŞ-ın “13 müstəmləkə” adlandırdığı və müstəqilliyi üçün İngiltərəyə müharibə elan etdiyi dövrdə Cefferson, ölkənin 4-cü prezidenti Ceyms Medison və birinci katib Aleksandr Hamilton ilə birlikdə Federativ Şəhər Birliyinin idarəetmə sistemini ətraflı şəkildə araşdırıb.
ABŞ üçün ən uyğun inzibati idarə
Mərkəzi Patara olan Likya Dövlətində öz qanunları olan 15 şəhər idarəsi var idi. Əhali sayına görə səsvermə hüququna malik olan şəhər-dövlətlərin nümayəndələri Patara federal şəhərindəki Likya Birliyi Məclisi binasında qərarlar qəbul edərkən, bütün inzibati idarə respublika dəyərlərinə malik idi. Birliyi araşdıran Cefferson və Hamilton öz yazılarında ABŞ üçün ən uyğun inzibati idarənin Likya olduğunu bildiriblər.
Ceffersonun Quranı
Tomas Ceffersonun təxminən 7 min kitabdan ibarət şəxsi kitabxanasında çoxlu qeydlər apardığı Qurani-Kərimin olduğu da məlumdur. Keçmiş prezidentin “Ceffersonun Quranı” kimi tanınan müqəddəs kitabı İslam ölkələrində hüquq sisteminin dindən nə qədər təsirləndiyini anlamaq üçün əldə etdiyi bildirilir.
Aysel Şahmar

-
Qoroskop00:55
Günün qoroskopu: maddi fürsətlər doğa bilər
-
Region25 Aprel 22:08
İstanbulda yenə zəlzələ oldu
-
Kriminal25 Aprel 21:07
Zərərçəkmiş şəxs Ermənistan ordusunun törətdiyi vəhşiliklərdən danışdı - MƏHKƏMƏ
-
Yaxın Şərq25 Aprel 20:45
Suriyanın yeni bayrağı BMT-də dalğalandı
-
Dünya25 Aprel 19:30
Putin Trampın nümayəndəsi ilə görüşdü
-
Ekologiya25 Aprel 18:20
Ayın son beş günü hava necə olacaq? - Yağış, külək, dolu...
-
Rəsmi xronika25 Aprel 17:37
İlham Əliyev üç sərəncam imzaladı
-
Sosial25 Aprel 16:35
Əvəz Zeynallı azadlığa buraxıldı