Tarix
Hitlerin şəxsi ştandartı bu ölkədə tapıldı
Polşanın Poznan şəhərindəki Milli Muzey öz kolleksiyasında nasist Almaniyasının diktatoru Adolf Hitlerin şəxsi ştandartını aşkar edib.
Publika.az xəbər verir ki, bu barədə RAR agentliyi məlumat yayıb.
Artefakt sənət tarixçisi Aleksandra Paradovskaya tərəfindən müəyyən edilib. Etalon qızıl tikmə ilə bəzədilmiş metrin metrə ölçüdə kətandan ibarətdır: mərkəzdə palıd yarpaqları ilə haşiyələnmiş svastika, künclərdə isə qartal təsvirləri var. Polşalı ekspertlər hesab edirlər ki, bu, Hitler üçün xüsusi olaraq yaradılmış ştandart ola bilər.
Muzeyin sözçüsü Pavel Oses qeyd edibki, tapıntının sonrakı tədqiqi planlaşdırılmır, amma maraqlanan şəxslər və ya təşkilatlar banneri görmək istəsələr, obyektə girişi təmin ediləcək.
Paradovskaya bu artefaktla Almaniyanın işğalı illərində memarlıq və həyata həsr olunmuş “Hər şeyə qadirlik illüziyaları” sərgisi üçün eksponatlar axtararkən rast gəlib. Sənətşünas əvvəlcə ştandartın 1943-cü ilin oktyabrında Poznanda yəhudilərin məhv edilməsindən açıq şəkildə danışdığı Reyxsfürer SS Heinrich Himmlerə aid olduğunu güman edirdi. Lakin materialın öyrənilməsi zamanı Himmlerin fərqli bannerdən istifadə etdiyi məlum olub. Paradovskaya tapılan artefaktın Hitlerə aid olduğu qənaətinə gəlib.
Adəm
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır
-
Maraq dünyası10:12Aya gedən astronavtdan UFO-larla bağlı ŞOK İDDİA: Şeytanın göndərdiyi ruh...
-
Sağlamlıq09:00İnsan 500 il yaşaya bilərmi? - Alimdən təəccübləndirən açıqlama
-
Ekologiya08:43Bakını toz bürüdü, nazirlik xəbərdarlıq etdi
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi
-
Magazin207:55Məşhur aktyordan özündən 16 yaş kiçik qadınla eşq iddiasına sərt reaksiya
-
Nəqliyyat06:16150 manat cərimə oluna bilərsiz - Sürücülərin diqqətinə!




























.jpg)









