MDB
Bu bölgəyə çəhrayı qar yağdı
Gürcüstanın Acariya regionunda yerləşən Qoderdzi dağ-xizək istirahət zonasına çəhrayı rəngli qar yağıb.
Publika.az xəbər verir ki, martın 25-də səhər saatlarında turistlər gördüklərindən təəccübləniblər və hadisə ilə bağlı yerli hakimiyyət orqanlarına müraciət ediblər.
Sinoptiklər bildiriblər ki, narahatçılığa əsas yoxdur. Çəhrayı rəngdə qarın yağmasına Şimali Afrika və Yaxın Şərqdə baş vermiş qum qasırğası səbəb olub.
Mütəxəssislər bildirirlər ki, qum qasırğasının Şimali Afrika və Yaxın Şərqdən havaya qaldırdığı qum və kül güclü hava axını ilə Qara dəniz hövzəsinə daxil olub. Gürcüstanın bəzi bölgələrində və paytaxt Tbilisidə səma çəhrayı rəngə boyanıb. Havadakı sarı qum və kül yağış və qarla birlikdə yerə çöküb və nəticədə maraqlı mənzərə yaranıb.
Sinoptiklərin sözlərinə görə, təbiət hadisəsi insanlar və ekologiya üçün təhlükə yaratmır. (report)
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO