MDB
Rusiyaya qarşı ittifaqda 24 ölkə birləşdi - SİYAHI
Rusiya diplomatlarını deportasiya edən ölkələrin sayı 24-ə çatıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, beləliklə, 24 ölkə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnikı Sergey Skripalın zəhərlənməsində Rusiyanın iştirakı haqqında Londonun ittihamlarını dəstəkləyib.
Ağ Ev Rusiyanın 60 diplomatının deportasiyası haqqında qərar qəbul edib, həmçinin Siyetldəki Rusiya baş konsulluğu bağlanıb. Rusiya diplomatlarının deportasiyası haqqında qərarı Avropa İttifaqının 28 ölkəsindən 17-si və Kanada qəbul edib.
İslandiya Rusiya diplomatlarını deportasiya etməyib, ancaq Moskva ilə yüksək səviyyədə diplomatik münasibətlərin dayandırılacağını elan edib.
Avstriya hökuməti Rusiya diplomatlarını deportasiya etməyəcək. Bolqarıstan hakimiyyəti də həmçinin, Rusiyanın sabiq agentinə görə Rusiya diplomatlarını ölkədən çıxarmaq niyyətində deyil.
Ümumilikdə, Londonu dəstəkləyərək, Rusiya diplomatlarını deportasiya edən ölkələr aşağıdakılardır:
1. Böyük Britaniya - 23 diplomat
2. ABŞ – 60 diplomat
3. Ukrayna - 13 diplomat
4. Fransa - 4 diplomat
5. Polşa - 4 diplomat
6. Almaniya - 4 diplomat
7. Kanada - 4 diplomat
8. Litva - 3 diplomat və iki hərbi attaşe
9. Çexiya - 3 diplomat
10. Danimarka - 2 diplomat
11. İtaliya - 2 diplomat
12. Niderland - 2 diplomat
13. Albaniya - 2 diplomat
14. İspaniya - 1 diplomat
15. Estoniya - hərbi attaşe
16. Latviya - 1 diplomat və 1 “Aeroflot” əməkdaşı
17. Finlandiya - 1 diplomat
18. Rumıniya - 1 diplomat
19. Xorvatiya - 1 diplomat
20. İsveç - 1 diplomat
21. Macarıstan - 1 diplomat
22. Norveç - 1 diplomat
23. Makedoniya - 1 diplomat
24. İslandiya - Rusiya hakimiyyəti ilə ikitərəfli dialoqu müvəqqəti dayandırır
Bundan başqa, Böyük Britaniya bildirib ki, nə hökumət üzvləri, nə də kral ailəsi bu ilin yayında keçiriləcək futbol üzrə dünya çempionatının açılışına gedəcək. Polşa prezidenti də idman turnirinin açılışına getməkdən imtina edib. İslandiya hökuməti hazırda boykot imkanını müzakirə edir.
Xatırladaq ki, martın 4-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal və onun qızı Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
London Sergey Skripal və qızının zəhərlənməsində birbaşa Rusiyanı ittiham edib. Martın 18-də isə Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Boris Conson bildirib ki, Kreml SSRİ-nin dağılması vaxtlarından sinir-iflic maddəsinin yeni ehtiyatlarını yaradırdı.
Qeyd edək ki, Rusiya ordusunun polkovniki Böyük Britaniyanın xeyrinə casusluğa görə 2004-cü ildə həbs edilmişdi. Onu xəyanətdə ittiham etdilər: güman edilir ki, Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti (MI6) ona Qərbdə işləmiş rus agentlərinin ifşa edilməsinin əvəzində pul ödəyib. İstintaqın nəticələrinə görə, Skripal Britaniya kəşfiyyatı tərəfindən əməkdaşlığa hələ 1995-ci ildə cəlb edilmişdi. Rusiya hakimiyyətinin versiyasına görə, hətta işdən çıxarılandan sonra da sabiq kəşfiyyatçı məxfi məlumatları verməyə davam edirdi. O, məlumatları keçmiş iş yoldaşları vasitəsilə əldə edirdi.
Skripal öz günahını etiraf edib. Bütün rütbələrindən məhrum etməklə onu 13 il azadlıqdan məhrum etdilər.
Amma 2010-cu ildə Skripal Avstriya aeroportunda həyata keçirilən casusların genişmiqyaslı mübadiləsinin iştirakçısı olub. O, ABŞ-da saxlanılmış 4 Rusiya agenti ilə dəyişilmişdi. Skripala Böyük Britaniyaya köçməyə icazə verdilər. 66 yaşlı rusiyalı bazar gününə qədər sakit həyat tərzi sürürdü.
Ömər Dağlı
-
İdman12:36
Baləli "Qarabağ"ı tənqid etdi: Belə davam edə bilməz - MÜSAHİBƏ
-
Dünya11:28
MKİ və "Mossad" aylardır bu oteldədir: Tam məxfi şəraitdə hansı danışıqlar aparılır?
-
Nida Xəbər 10:58
Ziya Məmmədovun oğlu ziyana düşdü: 1,4 milyon manat...
-
ABŞ09:13
Məxfi Xidmətdə böhran: İşçilər kütləvi surətdə gedirlər - Səbəb bəllidir
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"
-
Nida Xəbər 3 Oktyabr 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika3 Oktyabr 18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında