MDB
Lavrov yeni “soyuq müharibə”dən DANIŞDI
“Rusiya və Qərbin münasibətləri “soyuq müharibə” dövründə olduğundan indi daha pisdir”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov BBC telekanalına müsahibəsində bildirib.
“Düşünürəm ki, münasibətlər “soyuq müharibə” dövründə olduğundan daha pisdir. Çünki, “soyuq müharibə” dövründə kommunikasiya kanalları var idi, rusofobiya yox idi”, - Lavrov deyib.
Suriyada kimyəvi silahın istifadəsinə aid Fransa, Böyük Britaniya və ABŞ-ın əsaslandığı sübutlara gəlincə, onun sözlərinə görə, bu ölkələr KİV-in və sosial şəbəkələrin xəbərlərinə istinadə ediblər.
“Aprelin 7-də Duma şəhərində kimyəvi silahdan istifadəyə dair sübutlar yoxdur”, - Lavrov əlavə edib.
Xatırladaq ki, aprelin 14-də ABŞ, İngiltərə və Fransa Suriyaya 100-dən çox qanadlı raket atıb. Rusiya Baş qərargahının məlumatına görə, bunlardan 71-i zərərsizləşdirilib. Raket zərbələrinin aprelin 7-də Suriyanın Duma şəhərində kimyəvi silahın tətbiqinə cavab olduğu bildirilib.
Ömər Dağlı
-
Art20:36
Türk ulduzun Bakıdakı monotamaşası anşlaqla qarşılandı - FOTO
-
Magazin120:00
Nicat dayısı Yaşar ilə eyni səhnədə... - VİDEO
-
Nida Xəbər 19:00
Bərxudarovun yerinə keçən Vilayət Quliyev kimdir? - DOSYE
-
Dünya17:15
İsraildə avtovağzalda terror aktı: 1 ölü, 11 yaralı
-
MDB16:40
Putin ad gününü necə keçirəcək?
-
Nida Xəbər 15:21
Mais Bərxudarov vəzifəsindən azad edildi
-
Ekologiya14:00
Sabahla bağlı əhaliyə XƏBƏRDARLIQ
-
Elm və təhsil13:37
Azərbaycanda fəlsəfə doktoru vəfat etdi - FOTO