Feysbuk gələn il bağlana bilər
Bizi izləyin

MDB

Feysbuk gələn il bağlana bilər

Dünyanın ən böyük sosial şəbəkəsi olan Feysbuk cari ilin sonunda bağlana bilər.

Publika.az xəbər verir ki, bu barədə "Roskomnadzor"un rəhbəri Aleksandr Jarkov məlumat verib. Onun sözlərinə görə, milyonlarla istifadıçisi olan sosial şəbəkə Rusiyanın ölkə daxili qanunlarını pozduğu üçün bu istiqamətdə monitorinqlər başladılıb.

Sosial şəbəkənin bağlanma ehtimalının da olduğunu dilə gətirən A.Jarkov yoxlamalar zamanı aşkarlanacaq qanunsuzluqlara görə Feysbukun külli miqdarda cərimələnəcəyini deyib. O iddia edir ki, şəbəkədə qlobal problemlər əsassız şəkildə yayılır: "Bu, ciddi məsələdir. Qaydalara riayət edilmədiyi təqdirdə, müqaviləyə birtərəfli son veriləcək. Əgər rəhbərlik Rusiya qanunlarına məhəl qoymazsa, o zaman gələn il ölkə daxilində şəbəkənin fəaliyyəti dayandırılacaq".

Xatırladaq ki, cari ilin aprel ayında Rusiyanın Dövlət Duması yalan və yoxlanılmamış informasiyaların yayılmasının qarşısını almaq məqsədilə 50 milyon rubl cərimə tətbiq edib.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm