MDB
Üç ölkə ilə müharibə halında… - Rusiyanın “Axilles dabanı”
Uraldan şərqdə yerləşən Rusiya əraziləri Amerika, Yaponiya və Çin təhdidləri qarşısında müdafiəsizdir.
Publika.az xəbər verir ki, bu haqda “War Is Boring” nəşri yazıb.
Amerika nəşrinin fikrincə, son illər ərzində Rusiyada silahlı qüvvələrin əhəmiyyətli müasirləşməsi həyata keçirilib, bununla belə, hələ də boşluqlar qalmaqdadır.
“Ölkənin müdafiəsində əvvəlki kimi əhəmiyyətli boşluqlar var. Bu, Rusiyanı mümkün böyük müharibə zamanı pis vəziyyətdə qoyacaq”, - nəşr qeyd edib.
Nəşr Rusyanın “Hərbi-sənaye kuryeri” qəzetinə istinad edərək bildirir ki, Mərkəzi və Şərqi hərbi dairələrin qoşunlarının əhəmiyyətli gücləndirilməsi və tamamilə yenidən silahlanmasına ehtiyac var.
“Əgər Uraldan qərbə ölkənin müdafiəsi son dərəcə qənaətbəxş səviyyədə təmin edilibsə, Uraldan şərqdə hər şey mənfidir”, - “Hərbi-sənaye kuryeri”nin materalında deyilir.
Materialda Şərqi hərbi dairənin texnikası “antikvar muzeyi” ilə müqayisə edilir. Qəzet güman edir ki, hərbi gücü son illərdə əhəmiyyətli dərəcədə artan Çin Rusiya üçün ən böyük təhlükəni təşkil edir. Təklif edilir ki, Uraldan şərqdə Rusiya ərazilərini qorumaq üçün ən yeni hərbi texnika, o cümlədən tanklar, hərbi-nəqliyyat və yanacaq doldurma təyyarələri, həmçinin radio elektron vasitələrlə mübarizə təyyarələri yerləşdirilsin.
Ömər
-
Hadisə19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik
-
Dünya09:48Mayamidən İstanbula, oradan da İtaliyaya uçdu: Çantasından qurudulmuş baş çıxdı - FOTO
















.jpg)
















.png)




