Rusiyanı qana boyamışdı - Şamil Basayevin adamı ölkəyə belə gətirildi - - VİDEO/FOTO
Bizi izləyin

MDB

Rusiyanı qana boyamışdı - Şamil Basayevin adamı ölkəyə belə gətirildi - - VİDEO/FOTO

2006-cı ildə Vladiqafqazda rezonans terror aktları seriyasına cəlb olunmuş Şamil Basayevin (Rusiya-Çeçen müharibəsinin iştirakçısı, Çeçenistanın əfsanəvi səhra komandiri -red.) dəstəsinin üzvü Aslan Yandiyev Slovakiyadan Rusiyaya ekstradisiya edilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Federal Təhlükəsizlik Xidmətindən bildirilib.

Rusiya vətəndaşı Aslan Yandiyev (1978 təvəllüdlü) beynəlxalq axtarışda idi. Onun ekstradisiyasının təşkilində Federal Təhlükəsizlik Xidmətindən başqa, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi iştirak edib.

Cinayət təqibindən gizlənən Yandiyev 2010-cu ildə saxta sənədlərlə xaricə çıxaraq İsveçrə, Hollandiya və Avropanın başqa dövlətlərinin ərazisində qanuniləşmə üzrə cəhdlər edib. O, 2011-ci ildə Slovakiyada saxlanılıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm