“Bunun nəticələri haqqında düşünmək lazımdır” - Putin
Bizi izləyin

MDB

“Bunun nəticələri haqqında düşünmək lazımdır” - Putin

Ukraynanı və Gürcüstanı sıralarına daxil etməyə çalışan NATO belə siyasətin nəticələri haqqında düşünməlidir.

Publika.az “RA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Vladimir Putin Rusiyanın daimi nümayəndələri və səfirlərinin müşavirəsində bildirib.

“Bizim həmkarlarımız vəziyyətin kəskinləşməsinə oynayırlar, həmçinin Ukrayna və Gürcüstanı NATO-nun hərbi orbitinə daxil etməyə çalışırlar. Belə məsuliyyətsiz siyasətin mümkün nəticələri haqqında düşünmək lazımdır”, - prezident deyib.

Daha əvvəl Putin bildirib ki, Rusiya Gürcüstan və Ukraynanın NATO-ya girişinə son dərəcə mənfi yanaşır.

İyulun 18-də NATO-nun baş katibi Yens Stoltenberq qeyd edib ki, Rusiya Gürcüstanın NATO-ya daxil olmaq arzusundan ehtiyatlanmamalıdır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm