Yuşenko ukraynalıları TƏHQİR ETDİ: “Siz artıq...”
Bizi izləyin

MDB

Yuşenko ukraynalıları TƏHQİR ETDİ: “Siz artıq...”

Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko ukraynalıları Rusiya üzərində qələbə planına malik olmayan “qullar” adlandırıb.

Publika.az xəbər verir ki, o, bu haqda “Ukraynskaya Pravda” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkənin indiki rəhbərliyinin səhvləri Rusiyaya qalib gəlməyə mane olur. Yuşenko bildirib ki, xalqın birliyinin olmaması Krımın zəbt edilməsi və Ukraynanın şərqindəki münaqişənin əsas səbəbidir. O əlavə edib ki, hərbi münaqişələrdə məhz xalqın ruhu əsas rol oynayır.

Yuşenkonun sözlərinə görə, Ukrayna rəhbərliyi Rusiya üzərinə qalib gəlməyə imkan verəcək dəqiq iş planına və strategiyaya malik deyil.

Keçmiş prezident həmçinin son dörd il boyunca Ukrayna və Rusiya arasında sıx iqtisadi əlaqələrin mövcudluğunu göstərib.

“Siz dəqiqləşdirin ki, həqiqətən vuruşursunuz? Siz əraziləri həqiqətən azad etməyə hazırlaşırsınız?” – keçmiş dövlət başçısı belə hərəkətləri qeyri-adekvat və qeyri-simmetrik kimi xarakterizə edib.

Həmçinin, Yuşenkonun sözlərinə görə, Kiyevdəki hakimiyyət əlində olan bəzi diplomatik alətlərə məhəl qoymur.

“Belə vəziyyətdə qələbə planı yoxdur. Çünki, siz özünüzü qələbəni tələb edən xalq kimi aparmırsınız. Siz artıq qullarsınız”, - Yuşenko deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm