MDB
Bir neçə günə müharibə başlayacaq – Rusiyadan SENSASİON İDDİA
Ukrayna Silahlı Qüvvələrinin Donbasda hərəkətləri “boz zona”nın nəzarət altına alınması, Ukraynanın “sürünən ilhaq”ın davamı və Minsk razılaşmalarının kobud pozuntusudur.
Publika.az xəbər verir ki, bu haqda “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
“Kiyev faktiki olaraq, birtərəfli qaydada üzərində götürdüyü bütün öhdəliklərin icrasından imtina etdi. Belə hərəkətlərin arxasında yeni təcavüzün olmasını istisna etmək olmaz. Ola bilər ki, bu, yeni il bayramlarında olsun”, - Korotçenko deyib.
Onun sözlərinə görə, Ukraynadakı indiki hakimiyyət genişmiqyaslı silahlı hərəkətlərə istənilən vaxt təşəbbüs edə bilər.
Daha əvvəl “Pryamoy” telekanalın efirində Ukrayna prezidentinin məsləhətçisi Yuri Biryukov deyib ki, Ukraynanın Silahlı Qüvvələri Donbasda bütün “boz zona”nı nəzarət altına alıb. “Sputnik” radiosunun efirində politoloq Anton Bredix bu bəyanat belə şərh edib ki, Kiyev radikal hərəkətlərə hazırlaşır.
Qeyd edək ki, “boz zona” Donbasda Donetsk və Luqanskdakı separatçı rejimlərin gücləri ilə Ukraynanın Silahlı Qüvvələrini ayırır. Onun sərhədləri Minsk razılaşmaları ilə müəyyən edilib.
Ömər
-
İdman11:12
Lalə Maldivdən elə FOTOLAR paylaşdı ki...
-
Elm və təhsil10:45
Nazir onlara yüksək vəzifə verdi - FOTO
-
Region10:18
Paşinyandan etiraf: Nə qədər müstəqil, təhlükəsiz olacağımız bundan asılıdır
-
MDB10:12
Ukraynada demoqrafik problem: bu türk dövlətlərinin vətəndaşlarını dəvət edəcəklər
-
MDB09:42
Prezident işarə verdi: Satqın ermənini biz öldürmüşük
-
Avropa09:24
Bu Avropa ölkəsində məktəbdə qətliam: 10 nəfər ölüb, 15 nəfər yaralanıb - VİDEO
-
Dünya09:00
Güclü zəlzələ daha bir ölkəni YERİNDƏN OYNATDI
-
İdman06:46
“Barselona”nın ulduzu həyat yoldaşına sürpriz etdi - FOTO