MDB
Lavrovdan Venesuela müxalifətinə ÇAĞIRIŞ
Moskva Venesuela müxalifətini yad və çox çirkli oyunda piyada olmamağa çağırır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.
“Biz Venesuela müxalifətinə müraciət edirik, onları yad, çox çirkli və cinayətkar oyunda piyada olmamağa çağırırıq. Ümid edirəm ki, onlar öz ölkəsinin milli maraqlarına böyük əhəmiyyət verirlər”, - Lavrov deyib.
Onun sözlərinə görə, dünya cəmiyyəti Venesuelada daxili böhranın həllində kömək etməlidir:
“Beynəlxalq cəmiyyət ümummilli dialoq üçün şərait yaratmağa kömək etməyə məcburdur. Hər kəs öz fikrini demək hüququna malikdir, amma bu zorakılıqla, qanuni hakimiyyətin zorakı devrilməsinə çağırışılarla müşayiət olunmamalıdır”, - Lavrov söyləyib.
O həmçinin vurğulayıb ki, venesuelalıların öz ölkəsinin taleyini müəyyən etmək hüququna hörmət etmək lazımdır.
Xatırladaq ki, Venesuela müxalifətin 35 yaşlı lideri və parlamentin spikeri Juan Quaydo ötən gün özünü ölkənin müvəqqəti prezidenti elan edib. Quaydonun prezidentliyini ABŞ da daxil olmaqla artıq bir neçə ölkə tanıyıb.
ABŞ Dövlət Departamenti prezident Nikolas Maduronu zorakılığa əl atmaması barədə xəbərdar edib. ABŞ Maduronun hökumət qoşunları ilə güc tətbiqi halında Venesuelaya qarşı sanksiyaların sərtləşdirilməsini, həm də hərbi müdaxiləni istisna etmir.
Ömər
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO