Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir - Zaxarova
Bizi izləyin

MDB

Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir - Zaxarova

Minsk konfransının bütün strukturları - Minsk qrupu, yüksək səviyyəli planlaşdırma qrupu, ATƏT-in fəaliyyətdə olan sədrinin Qarabağ məsələsinin həlli üzrə şəxsi nümayəndəsi vəzifəsi ləğv edilməlidir.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

“Müvafiq qərarların qəbul edilməsinin optimal yolu bu qurumların ləğvi ilə bağlı Bakı və İrəvanın birgə təklifidir”, - o bildirib.

Rusiya XİN rəsmisi əlavə edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Qarabağ nizamlanması üzrə təsdiq edilmiş mandatı 2023-cü ilin sentyabrında yerlərdə vəziyyətin əsaslı şəkildə dəyişməsi ilə əlaqədar aktuallığını itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm