Murmanskda matəm ELAN OLUNDU
Bizi izləyin

MDB

Murmanskda matəm ELAN OLUNDU

Şeremetyevo hava limanı və “Aeroflot” aviaşirkəti SSJ-100 təyyarəsində həlak olan və yaralanan bütün sərnişinlərin yaxınları və qohumlarına hərtərəfli yardım göstərəcək.

Axar.az xəbər verir ki, bu məlumatı Şeremetyevo hava limanının mətbuat xidməti yayıb.

“Şeremetyevo və “Aeroflot” SU1492 Moskva-Murmansk reysində həlak olan sərnişinlərin yaxınları və qohumlarına başsağlığı verir. Hava limanı və avişirkətin rəhbərliyi və kollektivi SU1492 Moskva-Murmansk reysindəki faciəni şəxsi faciəsi kimi qəbul edir. “Aeroflot” və Şeremetyevo limanı həlak olan və yaralananların yaxınlarına, eləcə də qohumlarına hərtərəfli yardım göstərəcək”, – deyə yayımlanan bəyanatda bildirilib.

Dünən həmçinin Murmansk vilayətinin qubernatorunun səlahiyyətlərinin müvəqqəti icraçısı Andrey Çibis regionda üç günlük matəm elan edib. O, bu reysdə ölən sərnişinlərin ailələrinin 1 milyon rubl, xəsarət alanlarının ailələrinin isə 500 min rubl kompensasiya alacağını bildirib.

Rusiya Nəqliyyata Nəzarət Federal Xidməti isə qəzadan sonra “Aeroflot” aviaşirkəti, Şeremetyevo hava limanı və Hava Hərəkətinin Təşkili Dövlət Korporasiyasında yoxlamalar aparacağını açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm