Poroşenko: "Ukraynanın baş naziri ola bilərəm"
Bizi izləyin

MDB

Poroşenko: "Ukraynanın baş naziri ola bilərəm"

Petro Poroşenko Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərində qalib gələcəkləri halda ölkənin yeni Baş naziri olacağını istisna etməyib.

Ukraynanın beşinci prezidenti P.Poroşenko bu barədə rəhbəri olduğu “Avropa həmrəyliyi” partiyasının bazar günü keçirilən qurultayında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, parlament seçkilərində qalib gəldikləri halda Baş nazir olmaq şansı böyükdür.

Xatırladaq ki, bugünkü qurultayda partiyanın növbədənkənar parlament seçkilərinə qatılacaq namizədlərinin siyahısı təqdim edilib. Partiyanın siyahısında ilk onluğa tanınan simalardan Petro Poroşenko, Ali Radanın sədri Andrey Parubiy, Ali Rada sədrinin birinci müavini İrina Qeraşenko, müharibə veteranı Mixail Zabrodskiy, televiziya aparıcısı Sofiya Fedina, Krım tatarlarının rəhbərləri Mustafa Cəmilov, Atyom Çiyqoz daxildir.

Qeyd edək ki, Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-də keçiriləcək.(Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm