Mərkəzi Univermağın direktoru vəfat etdi - FOTO
Bizi izləyin

MDB

Mərkəzi Univermağın direktoru vəfat etdi - FOTO

"Mercury" zərgərlik evinin vitse-prezidenti, Leninqrad Ticarət Evi və Moskvada Mərkəzi Univermağın fəşn-direktoru Alla Verber vəfat edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məşhur biznes ledinin rəsmi ölüm səbəbi hələ ki açıqlanmır.

Lakin məlum olub ki, 61 yaşlı Alla Verber avqustun 5-də İtaliyada olarkən təcili şəkildə xəstəxanaya yerləşdirilib, amma onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bəziləri Allanın infarktdan, bəziləri də uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etdiyini iddia edib.

Məlumat üçün bildirək ki, o, Rusiya fəşn sənayesinin ən parlaq və nüfuzlu personalarından biri sayılırdı.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm