• USD 1,7000 0,00% EUR 1,8796 -0,46%
    • GBP 2,2347 -0,08% RUB 0,0267 0,00%

Prezident 169 milyonluq oğurluqdan danışdı - Hökumət hərəkətə keçdi

  • MDB
  • 11 Noyabr 2019 21:17
  • 2 435 Baxış
Prezident 169 milyonluq oğurluqdan danışdı - Hökumət hərəkətə keçdi

Rusiyanın “Vostoçnıy” kosmik bazasının inşası üçün ayrılan 1,4 milyard dollardan 169 milyonu oğurlanıb.

Publika.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Rusiya prezidenti Vladimir Putin bazanın inşası ilə bağlı tənqidlərini jurnalistlərlə müzakirə edən mətbuat katibi bildirib ki, faktla bağlı istintaq işlərinı başlanıb: “169 milyon dollar oğurlanıb və daha sonra həmin məbləğin 53,8 milyonu dövlətə geri qaytarılıb. Oğurluqla bağlı 32 nəfər istintaqa cəlb olunub”.

Rusiyanın Amur bölgəsində inşa edilən “Vostoçnıy” kosmik bazası ölkənin ilk milli kosmik mərkəzi olma özəlliyi daşıyır.

Rus mütəxəssislər 2014-2018-ci illər arasında bazanın inşası müddətində, ümumilikdə, 17 min qanun pozuntusu aşkar edib. Layihəyə 150 milyon dollar ziyan dəyib.

Qeyd edək ki, Putin layihə ilə bağlı dediyi “Yüz dəfə deyilib - təmiz işləyin! Böyük pullar ayrılır, layihə milli xarakter daşıyır. Yox! Yüz milyonlarla oğurlayırlar!” sözlərini nazirlərlə toplantısında səsləndirib.

Zümrüd

Xəbər lenti

DAHA ÇOX XƏBƏR