Putindən SON DƏQİQƏ nüvə çıxışı - Kreml rəhbərinin bəyanatı ABŞ-ı silkələdi
Bizi izləyin

MDB

Putindən SON DƏQİQƏ nüvə çıxışı - Kreml rəhbərinin bəyanatı ABŞ-ı silkələdi

“Rusiya nüvə silahlarının inkişafı barədə fəaliyyətini davam etdirəcək".

Publika.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin ilin yekunlarına həsr olunmuş toplantısında belə bəyanatla çıxış edib. O bildirib ki, hazırda ordunun arsenalında nüvə başlığı daşıya bilən çox sayda ballistik və səsdən sürətli raketlər var.

Kreml rəhbərinin sözlərinə görə, ordunun istifadəsinə verilən hipersonik raketlər gələcəyin silahıdır və bu mərmi həm hazırda mövcud olan həm də gələcəyin müdafiə sistemlərini məhv etmək iqtidarındadır. ABŞ-ın orta və yaxın mənzilli raketlərin ləğvi müqaviləsindən çıxdığına diqqət çəkən Putin bildirib ki, Rusiya yeni saziş üzərində işləməyə hazırdır. Kreml rəhbəri həmçinin Yaxın Şərq, Əfqanıstan və Koreya yarımadasındakı gərgin vəziyyətə və NATO-nun Rusiya sərhədləri yaxınlığında fəaliyyətinə diqqət çəkib.

Qeyd edək ki, Rusiya prezidentinin nüvə silahı barədə çıxışı ABŞ-ın siyasi dairələri tərəfindən narahatlıqla qarşılanıb.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm