MDB
Ukrayna hökuməti karantin rejimi ilə bağlı qərar verdi
Ukrayna Nazirlər Kabineti ölkədə karantin rejimini iyunun 22-dək uzadıb və mayın 22-də məhdudlaşdırıcı tədbirlərin yumşaldılmasının ikinci mərhələsinə keçmək qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə qərarı Ukrayna hökuməti iclasda verib.
Ölkənin Baş naziri Denis Şmıqal karantinin “adaptiv model” üzrə keçəcəyini söyləyib.
“Bu, virusun yayılacağı təqdirdə texnoloji-ekoloji təhlükəsizlik və fövqəladə hallar üzrə regional komissiyalara yerlərdə epidemiyaya qarşı məhdudiyyətləri gücləndirməyə imkan verəcək. Komissiyalar eyni zamanda milli səviyyədə müəyyən edilmiş məhdudiyyətlərə zidd deyilsə, məhdudiyyətləri zəiflədə də bilər”, - o deyib.
Qeyd edək ki, hökumətin bugünkü qərarına əsasən, mayın 22-dən Ukraynada ictimai şəhər və şəhərətrafı nəqliyyatın fəaliyyəti bərpa ediləcək, ərazilərindəki restoran və hovuzlar istisna olmaqla, hotellər açılacaq. Bu tarixdən etibarən tamaşaçısız idman tədbirlərinə də icazə veriləcək. Eyni zamanda hökumət metro və uşaq bağçalarının fəaliyyətinin bərpasını mayın 25-nə qədər təxirə salmaq qərarına gəlib.
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərin anım günü keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI