MDB
Gürcüstan uçuşları bərpa edir
Tbilisi beynəlxalq hava limanında uçuşların bərpa edilməsi və sərnişinlərin təhlükəsizliyi üçün hazırlıq işləri həyata keçirilir.
Publika.az 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.
Aeroportun operatoru olan “TAV Georgia” şirkəti sərnişinlərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün beynəlxalq standartları tətbiq edib, əllərin dezinfeksiya edilməsi üçün xüsusi qurğular və hərarətin ölçülməsi üçün videoskanerlər quraşdırıb.
Bununla yanaşı, terminallarda təhlükəsiz məsafə saxlamaq üçün döşəməyə xüsusi stikerlər yapışdırılıb, qeydiyyat məntəqələri sərnişinlər və hava limanının işçi heyəti arasında təmasın qarşısını almaq üçün qoruyucu arakəsmələrlə təchiz olunub.
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava aeroportda aparılan hazırlıq işləri ilə tanış olub. O bildirib ki, ölkə turistləri qəbul etmək üçün beynəlxalq hava limanlarını bütün epidemioloji təhlükəsizlik normalarına uyğunlaşdırmalıdır.
Qeyd edək ki, ölkə iyulun 1-dən etibarən xarici turistləri qəbul etməyə başlayacaq.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO