Japarovun təyyarəsi Böyük Britaniyaya BURAXILMADI - FOTO
Bizi izləyin

MDB

Japarovun təyyarəsi Böyük Britaniyaya BURAXILMADI - FOTO

Qırğızıstan Respublikasının Prezidenti Sadir Japarovun SSRİ-Rusiya istehsalı “TU-154” tipli təyyarəsi Avropa İttifaqı və Böyük Britaniyada qüvvədə olan standartlara uyğun gəlmədiyi üçün BMT İqlim Dəyişikliyi Sammitinin keçirildiyi Qlazqo şəhərinə buraxılmayıb.

Publika.az "Sputnik Kyrgyzstan"a istinadlaxəbər verir ki, bu barədə Qırğızıstan Respublikasının Prezident Administrasiyasından bildiriblər.

Nəticədə Prezident və nümayəndə heyəti Qlazqo şəhərinə getmək üçün “Embraer Lineage 1000” tipli özəl təyyarə kirayələməli olub.

Xatırladaq ki, bu gün Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək iqlim dəyişikliyi ilə bağlı sammit keçirilir,
həmçinin Gürcüstanın baş naziri İrakli Qaribaşvili də BMT-nin İqlim Dəyişikliyi Konfransında iştirak edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm