Rusiya Kiyevi Xəzərdən vurdu
Bizi izləyin

MDB

Rusiya Kiyevi Xəzərdən vurdu

Bu gün Kiyevə edilən və nəticədə mülki şəxslərin xəsarət aldığı hücum Rusiyanın Xəzər dənizi regionundan yüksək dəqiqliyə malik və ən bahalı raketləri ilə həyata keçirilib.

Publika.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat bildirib.

Onun sözlərinə görə, Kiyev vilayətinə bugünkü hücum üçün Rusiya ordusu Xəzər dənizi regionlarından strateji aviasiyadan istifadə edib.

“Həştərxan vilayətində havaya qalxan əsas raketlər X-101-dir. O, 5 500 kilometr məsafəyə uça bilir. Bu gün səhər 4-dən 6-dək raket buraxılıb, onlardan ikisi hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. X-101 raketi Rusiya ordusunda olan ən yüksək dəqiqliyə malik və ən bahalı raketdir” - o, bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm