MDB
"Bu kadrlar rusiyalıların Ukraynada vəhşiliklərini sübut edir..." - "The Guardian"
Rusiyalı hərbçilərin Ukraynaya tammiqyaslı hərbi müdaxilənin gedişində törətdikləri vəhşiliklərin yeni foto və videoları üzə çıxıb.
Publika.az "moderator.az"-a istinadla xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti yazıb. Nəşr "çox qəddar olduğuna" gorə həmin kadrların fotosunu, yaxud videosunu paylaşmayıb.
Fotoya gəldikdə, jurnalistlər Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qaydayın "Facebook" səhifəsində dərcinə istinad edib.
Orada ukraynalı hərbi əsirin başına Donbasdakı Popasnaya şəhərində evlərin birinin yanında çubuq sancılıb. Qətlə yetirənə məxsus iki əli yaxınlıqdakı hasarın mil uclarına keçirilib.
"Onlar həqiqətən vəhşi dəstələrdir. 21-ci əsr, işğal edilmiş Popasnaya, insanın kəlləsi hasarda. Rusiyalılarda insani hisslər yoxdur, biz qeyri-insanlarla döyüşürük", - Qayday dəhşətli kadrları şərh edib və müəllifinin Yelena Sumova olduğunu deyib.
Nəşr yazır ki, fotonun həqiqiliyini təsdiq edə bilmir, lakin geolokasiya göstərir ki, foto iyulun sonunda məhz Popasnayada çəkilib.
Jurnalistlər yazır ki, kadrlar hamının qəzəbinə səbəb olub.
Ukraynanın Avstriyadakı səfiri Aleksandr Şerba bunu rusiyalı hərbçilərin növbəti hərbi cinayəti adlandırıb.
Öz növbəsində rusiyalı sahibkar, ictimai və siyasi xadim Mixail Xodorkovski qeyd edib ki, bu foto "rus dünyası"nın illüstrasiyasıdır.
"Rusiya bundan özünə gələ bilərmi və sivil millətlər birliyinə dönə bilərmi? Hələlik o, öz qonşularına və bütün dünya xalqlarına orta əsrlərin zülmətini gətirir", - o deyib.
Britaniya nəşrinin yazdığı videoya gəldikdə, burada Ukrayna Silahlı Qüvvələrinin hərbi formasında olan bir kişinin başsız və əllərsiz bədəni görünür. Ehtimal ki, məhz bu ukraynalı hədbçinin başına çubuq keçirilib, əlləri isə yaxınlıqdakı hasara bərkidilib.
Videokadrları uyulun 30-da rusiyalı müxalifətçi, publisist Aleksandr Nevzorov dərc edib.
"Nə demək olar, müharibə "çılğınlıq fazası"na qədəm qoyur və bu, belə də olmalıdır. Döyüşdə qələbə qazana bilməyən Putinin əsgərçikləri öz sevimli işləri ilə məşğul olur: əsir və yaralılara işgəncə verib qətlə yetirirlər. Bizdə çoxsaylı materiallat var ki, "dəhşətli mənzərə"yə görə onları paylaşmırıq. Yeri gəlmişkən, kastrasiya kadrı da var. Lazım gəlsə, yerləşdirərik. Əgər bunları görməyə gücünüz çatmırsa, gələcəkdə də yerləşdirmərik", - Nevzorov yazıb.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Popasnayadan mayın əvvəlində geri çəkilib.
O zaman Çeçenistan lideri Ramzan Kadırov şəhərin məhz onun qoşunlarının zəbt etməsi barədə raport verib.
"The Guardian" vurğulayıb ki, ukraynalı hərbçinin qətlinin yeni kadrları rusiyalı əsgərlərin Ukraynada müharibə zamanı törətdikləri vəhşiliklərinin növbəti sübutudur.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO