"Şimal axını" kəmərlərində partlayışlar: Avropaya qazın nəqli dayandı
Bizi izləyin

MDB

"Şimal axını" kəmərlərində partlayışlar: Avropaya qazın nəqli dayandı

"Şimal axını 1" və "Şimal axını 2" qaz kəməri marşrutlarında iki partlayış qeydə alınıb.

Publika.az xarici portallara istinadla xəbər verir ki, bu barədə İsveçin Milli Seysmik Şəbəkəsi məlumat yayıb.

Məlumatda deyilir ki, şəbəkənin tənzimləyici-operator stansiyalarında ötən axşam ayrı-ayrı vaxtlarda iki partlayış qeydə alıb. Partlayış faktları ilə bağlı geniş araşdırmaya başlanılıb.

Qeyd edilir ki, partlayışlardan birinin maqnitudası 2,3 bala bərarər olub.

Gecə saatlarından etibarən "Şimal axını" ilə Rusiyadan Şimali Avropaya qazın nəqli büsbütün saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm