MDB
Belarusda hipersəs raketləri daşıyan qırıcı ALOVLANDI
Dekabrın 25-də "Xəncər" hipersəs raketlərinin daşıyıcısı olan "MiQ-31K" qırıcısı Belarusun Maçulışçi aerodromunda alovlanıb.
Bu barədə Publika.az "Беларускі Гаюн" monitorinq qrupunun "Telegram" kanalına istinadla xəbər verir.
Monitorinq qrupunun məlumatına görə, "RF-95194" dövlət nömrə nişanlı təyyarədə mühərrikin yanması baş verib. Təyyarənin nə qədər zədələndiyi və nə qədər müddətə sıradan çıxacağı məlum deyil.
Qeyd edək ki, dekabrın 13-də Rusiya Hərbi Hava Qüvvələrinin üç "MiQ-31K" təyyarəsi Maçulışa uçub. Bu, Belarusa göndərilən ikinci partiyadır. Bundan əvvəl üç "MiQ-31K" oktyabrın 16-da gəlib və 46 gün Belarusda qalıb. "İl-76 A-50U" "Serhiy Atayants" zenit-raket təyyarəsi də Maçulışçedə yerləşir və birgə uçuşlar həyata keçirir.
Bir müddət öncə məlum olub ki, Rusiya "MiQ-31K" qırıcılarını Belarusa təhvil verib. Onlar “Xəncər” hipersəs raketlərinin daşıyıcısı ola bilərlər.
Hüseyn İbadlı
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir




































