MDB
Banklar hər il 50 milyard itirəcək: Bu səbəbdən

Ekspertlər rəqəmsal rublun tətbiqindən sonra Rusiya banklarının itkilərini proqnozlaşdırıblar.
Publika.az xəbər verir ki, rəqəmsal rublun tətbiqindən sonra Rusiya bankları hər il 50 milyard rubl itirə bilər. Eyni zamanda mağazaların hər il 80 milyard rubl qənaət edə biləcəyi ehtimal olunur.
"Yakov and Partners" konsaltinq şirkətinin analitikləri bu dilemmadan bəhs ediblər. Mütəxəssislər ödəniş sistemlərinin gələcəyini araşdırıb və belə nəticəyə gəliblər ki, rəqəmsal rublun işə salınması nəticəsində pərakəndə satış şirkətləri əsas benefisiarlar olacaq.
Onların 5 il ərzində gəlirləri ümumilikdə 400 milyard rubl arta bilər. Alış-veriş zamanı keşbeksiz qalacaq istehlakçılar, eləcə də maliyyə qurumları bu müddət ərzində təxminən 250 milyard itirəcək.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı rəqəmsal rublun inkişafına 2020-ci ilin sonunda başlayıb. Analitiklər bu yeniliyin ölkə maliyyə sistemləri baxımından dünya lideri mövqeyini möhkəmləndirə biləcəyini söyləyirlər.
Mehti Kamiloğlu

-
Pul10:11
Pulsuz qalmamaq üçün bunu edin - Məşhur maliyyəçidən mühüm tövsiyə
-
Hadisə09:52
Yevlaxda qəza: Avtobusun vurduğu qadınlardan biri öldü, digəri isə...
-
ABŞ07:23
ABŞ banan ölkəsi səviyyəsinə enib - Tramp
-
Ekologiya07:00
Bu gün Bakıda hava necə olacaq?
-
Magazin206:40
Şakiradan ayrılan futbolçu: "Çox xoşbəxtəm"
-
Qoroskop00:07
Bürclər bu gün nə vəd edir? - Hər şey göründüyü kimi deyil!
-
Qarabağ 25 Mart 23:18
Səssiz əməliyyat: Ordumuz bu əraziləri azad etdi
-
Hadisə25 Mart 22:05
Ermənilər İsveç - Azərbaycan oyununda təxribatlara hazırlaşırlar