MDB
ABŞ-la dialoqun şərtini açıqladı - Putinin nümayəndəsi
Rusiya prezidentinin nümayəndəsi ABŞ-la dialoqun şərtini açıqlayıb.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin informasiya təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq üzrə nümayəndəsi Andrey Krutskix deyib.
O bildirib ki, Rusiya ilə güc, ultimatum və ya daxili işlərə qarışma dili ilə danışmaq işə yaramayacaq.
Krutskixin fikrincə, əgər ABŞ-ın Rusiya Federasiyasındakı yeni səfiri Lin Treysi vəziyyəti tez başa düşsə və Vaşinqton rəhbərliyini Rusiya ilə necə danışacağına düzgün istiqamətləndirə bilsə, o zaman Moskva dialoqa açıq olacaq.
Prezidentin nümayəndəsi əlavə edib ki, Rusiya beynəlxalq forumlar çərçivəsində və Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında kiberməkanda oyun qaydalarını razılaşdırmaq istəyir.
Onun sözlərinə görə, bu, dünyanı daha təhlükəsiz və proqnozlaşdırıla bilən edəcək.
Qeyd edək ki, daha öncə isə Krutskix bildirib ki, ABŞ Rusiyanı cilovlamağa çalışır, bu səbəbdən də ölkələr arasında kibertəhlükəsizliklə bağlı dialoq yoxdur.
Mehti Kamiloğlu
-
İdman06:16
Məhkəmədə cavab verəcək - Cinsi təcavüzdə ittiham edilir
-
Magazin105:15
"Səyyadın ölümündən sonra hamımız xəcalət çəkirik"
-
Kriminal03:13
Əhmədin qətlə yetirdiyi qardaşı ilə FOTOSU YAYILDI
-
Kriminal02:22
Bakıda zavodda kütləvi dava - Bir nəfər ölümcül döyüldü
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Günün ilk yarısı çətin və ağır olacaq
-
Sosial00:00
Qaz limiti artırılır? - AÇIQLAMA / VİDEO
-
Hadisə15 Oktyabr 23:48
DƏHŞƏTLİ HADİSƏ: meşə ərazisi dəniz kimi dalğalandı - ANBAAN VİDEO
-
Magazin115 Oktyabr 23:12
Köhnə "Dəyirman"çılar bir arada - FOTO