Rusiya ilə bağlı bu qadağaların siyahısı genişlənir
Bizi izləyin

MDB

Rusiya ilə bağlı bu qadağaların siyahısı genişlənir

Latviya qadağan olunmuş Rusiya saytlarının siyahısını genişləndirir.

Publika.az “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, Latviyanın Elektron Media üzrə Milli Şurası (NEPLP) Avropa İttifaqının sanksiyaları ləğv olunana qədər Latviyada Rusiyanın təbliğat mediası ilə əlaqəli bir sıra saytlara girişi müvəqqəti məhdudlaşdırıb.

Qərar Aİ-nin “Rusiyanın Ukraynada vəziyyətin sabitliyini pozan hərəkətləri ilə bağlı məhdudlaşdırıcı tədbirlər haqqında Əsasnamə”sinə uyğun olaraq qəbul edilib.

Məhdudiyyətlər "Russia Today English", "Russia Today UK", "Russia Today Germany", "Russia Today" Fransa, Russia Today İspan və "Sputnik" kimi təbliğat mediası ilə əlaqəli saytlara şamil edilir.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm